Nikol Paşinyanın 1 illik fəaliyyəti: magara adamı yaxud, siyasi qisasçı





Cənubi Qafqaz regionunun qeyri-sabit və ən pis idarə olunan dövləti imicini qazanmış Ermənistanda yeni hakimiyyət dəyişikliyi də ötən müddətdə siyasi panoramanı dəyişə bilmədi. Artıq baş nazir Nikol Paşinyan 1illik hakimiyyəti dövründə verdiyi vədlərə nə dərəcədə əməl etməsinin hesabatını verməlidir. Dövlət idarəetməsində məhdud düşüncəyə sahib olan və hakimiyyyəti bir qrup şəxsin azadlıgını əllərindən almaqla cəza aparatına çevirən hökumət başçısı xaricdə, eləcə də ölkə daxilində qisasçı nazir kimi də qəbul olunur.
Ermənistan parlamentinin xüsusi iclasında müxalif "Yelk" fraksiyasının rəhbəri olan Nikol Paşinyan baş nazir vəzifəsinə seçilən zaman əsas prioritetlərini açıqlamışdı. Baş nazir korrupsiya ilə mübarizə, iqtisadi vəziyyət, beynəlxalq əlaqələr, xüsusilə Qərb və Rusiya ilə münasibətlər və  Dağlıq Qarabağ problemi ilə baglı mühüm adıımların atılacagını bəyan etmişdi.
“OragirHaykakan Jamanak qəzetlərinin müxbiri və redaktoru vəzifəsindən baş nazir postuna yüksələn Nikol Paşinyan korrupsiya ilə mübarizə adı altında vəzifə səlahiyyətlərindən istifadə edərək sələfləri S. Sarkisyan və R. Koçaryana qarşı dərhal hücuma keçdi. Xatırladım ki, Nikol Robert Koçaryanın tənqidçilərindən biri kimi tanınıb və Sarkisyanın 2008-ci ildə ilk dəfə prezident seçilməsindən sonra ona qarşı keçirilən etirazlarda iştirak etməsinə görə 7 illik həbs cəzası almışdı  və erkən azadlığa çıxandan sonra palamentin deputatı seçilmişdi.
Nikol Paşinyan adları çəkilən çəxsləri zərərsizlədirməklə missiyasını başa çatdırmadı. Həbsdə olan Köçəryanın və Sarkisyanın yaxın ətrafı da repressiyaların qurbanına çevrildi. Serj Sarkisyanın qardaşları Levonun və Aleksandrın ailə üzvləri qeyri-qanuni varlanmaqda şübhəli qismində istintaqa cəlb edildilər. General və millət vəkili Manvel Qriqoryan ordu üçün nəzərdə tutulan ərzaq və texnikanı mənimsədiyi üçün həbs olundu. Sabiq baş nazir Hovik Abrahamyana, onun qardaşı Conik Abrahamyan və keçmiş respublika polis rəisi Alik Sarkisyana qarşı da anoloji addımlar atıldı.
Ermənistan Respublikaçı Partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov Paşinyanda Hitlerin əlamətlərini gördüyünü bildirib. Onun sözlərinə görə, bu şəxs Ermənistanı faşist Almaniyasına çevirmək istəyir. Paşinyan nifrət təbliğatı ilə məşğuldur. O, Ermənistanı 1930-cu illərin Almaniyasına bənzətməyə, özü isə Hitlerə oxşamağa çalışır. Baş nazir siyasi rəqiblərini güc strukturlarının hesabına qorxudur.

Paşinyan 25 ildən artıq dövlətçilik ənənəsinə çevrilən korrupsiya, rüşvətxorluq hallarına qarşı mübarizəni məhz siyasi opponenrləri üzərində sınaqdan keçirdi. Əvəzində Ermənistan bu gün daha da korrupsiyalaşmış bir cəmiyyətə çevrilib. Ötən müddətdə hakimiyyət strukturlarında ən müxtəlif vəzifələrə gətirilən kadrların idarəetmədə cəngəllik qanunlarını işə salmaları işgalçı ölkədə korrupsiyanın, rüşvətxorlugun rüsvayçı həddə çatmasına gətirib çıxarıb. Son bir  həftədə təhsil, elm işçilərinin, səhiyyə sahəsində çalışanların, eləcə də hərbçilərin Paşinyan hakimiyyətinin istefası tələbi ilə aksiyalar keçirmələri bir il ərzində bu sahələrdə də heç bir işin görülmədiyini sübüt edir.
Paçinyanın bu günlərdə beş illik iqtisadi planını açıqlaması iqtisadi sahədə dərin böhrandan çıxmaq üçün bir at gedişi kimi də dəyərləndirilə bilər. Ancaq bu gedişin səmərə verəcəyi aglabatan görünmür. Baş nazır dövlət strukturlarında islahatlar adı altinda 17 nazirlikdən 5-ni ləgv edib. Ləgv olunan 5 strukturda çalışan əməkdaşlar da etiraz əlaməti olaraq aksiyalara başlayıblar. Faktiki olaraq bu gün Ermənistan işgalçılıq siyasətinin nəticəsində bütün regional və qlobal layihələrdən kənarda qalıb. Paşinyan dəfələrlə “biz də ölkəmizin iri layihələrdə iştitak etməsini arzulayiriq” ifadəsini işlətməsi bu arzunun gerçəkliklə tərs mütanasiblik təşkil etdiyini göstərir.
Ermənistana heç bir dövlət investisiya yatırmaga maraqlı deyil. Paşinyan imkanlı xarici erməni diasporları nümayəndələrini vətəndə investisiya yatırmaga çağırışları da nəticəzi olub. Erməni iş adamları bu ölkədə ancaq kazinolar açmaga maraqlı olduqlarını bildiriblər. Rusiyanın bu ölkədə fəaliyyət göstərən bir neçə şirkəti də Ermənistan iqtisadiyyatından iqisadi divident götürməyin mümkünsüzlüyünü bəyan edərək oranı tərk ediblər. Qonşu İran dövləti də Ermənistanla enerji sahəsində nəzərdə tutdugu layihədən imtina edib. Səbəb kimi, Ermənistanın böyük layihələri hyata keçirmək üçün maliyyə vəsaitinin olmadıgını göstərib. Ermənistanın əhalisi sürətlə ölkəni tərk edir. Demoqraf Ruben Yeganyan bəyan edib ki, ötən 6 ay ərzində ölkəni 7 min insan tərk edib və bu proses agrılı olsa da davam edir.
Ermənistanən xarici siyasəti də daxili siyasətə adekvatdır. Nikol Paşinyanın məqsədi bəlli olmayan siyasi addımları Rusiya eləcə də Qərbdə birmənalı qarşılanmır və yeni baş nazirə etimadsızlıqla nəticələnib. Paşinyan hakimiyyətə gələn kimi Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi olan Yuri Xaçaturovun vəzifədən geri çağrılması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri arasında xüsusilə Rusiyada narahatlıq yaratdı.
Bu hadisədən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi bəyanatla çıxış etdi və yeni Ermənistan rəhbərliyini öz sələflərinə qarşı "siyasi təqiblərdən imtina etmək" haqqında bəyanatlarına zidd hərəkətlərinin Rusiyanı məyus etdiyini bildirdi. Siyasi təhlilçi Mikael Zolyan Ermənistan-Rusiya münasibətləri qeyri-müəyyənlik kimi səciyyələndirib. "Köhnə münasibətlər modeli işləmir, yenisi isə yoxdur. Belə olan vəziyyətdə tərəflərin hər biri özü üçün sərfəli mövqe tutmaq istəyir", - politoloq deyib. Onun sözlərinə görə, yeni Ermənistan hakimiyyəti hələ ki Rusiya ilə münasibətlərdə çox mühüm əhəmiyyət kəsb edən Moskva ilə qeyri-formal əlaqələr yarada bilməyib, köhnə əlaqələr isə ya işləmir, ya da yeni Ermənistan hökumətinin ziyanına işləyir.
Ermənistan baş nazirinin Rusiya prezidenti ilə görüşməyə can atması ikincinin isə hər dəfə iş qrafikinin agır olması bəhanəsi ilə görüşdən imtina etməsi münasibətlərin mövcud durumunu  dəyərləndirməyə imkan verir. Rusiya tərəfi konkret olaraq Ermənistanın hazırkı rəhbərliyinə etibar etmir və istər hərbi, istərsə də iqtisadi sahədə əməkdaşlıqda bu ölkəyə güzəşt limitini getdikcə daraldır.
Ermənistanın yeni hökumətinin Qərblə əməkdaşlıgı da Rusiyamı qıcıqlandırır. Paşinyanın Avropa İttifaqı ilə əməkdaşlıga maraqlı görünməsi və son Almaniya səfərində Avropa ölkələri ilə əməkdaşlıgın perespektivi barədə açıq bəyanatlar səsləndirməsi heç də birmənalı qarşılanmır. Kansler Angela Merkelin Nikol Paşinyana magara adamı kimi yanaşması və fikirlərinə isteza ilə yanaşması ümumilikdə Qərbin bu siyasi fiqura münasibətini əks etdirir.
Ermənistan-Azərbaycan, Daglıq Qarabag münaqişəsinin həllində Nikol Paşinyanın “Mən, Qarabağ məsələsi üzrə danışıqlarda Ermənistan Respublikası adından iştirak etməyə hazıram”- fikrini bildirməsi onun siyasi klounlugundan xəbər verir. Bu açıqlama ilə baş nazır münaqişənin sülh yolu həll olunması istiqamətində aparılan danışıqlarda vaxtı uzatmaga və daxildəki narazılıqları aradan qaldırmaq üçün taym-aut qazanmaq istəyir. Azərbaycan tərəfi münaqişənin həll edilməsi ilə baglı aparılan danışıqlarda yalnız bir tərəf görür o da ki, Ermənistandır. Münaqişənin həllə istiqamətində danışıqların vaxtı uzadıldıqca Azərbaycan tərəfi də hərb variantına üstünlük verəcəyini əsla gizlətmir. Bunu Paşinyan hakimiyyəti də yaxşı dərk edir.
Nikol Paşinyan hazırda Vanadzor-Gümrü yolunun üstündə qoyulan başsız heykəli kimi qeyri-müəyyən daxili və xarici siyasət xətti yürüdür. Xarici aləmdə də ciddi siyasi fiqur kimi qəbul edilməyən baş nazirin 1 illiyi onun sələflərindən yalnız siyasi qısasçılıgına görə fərqləndiyini göstərir.
   


Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir

“Siyasi göstəbəklər”-in “Opinion Way”-la problemləri var?