Nikol Paşinyan Ermənistandakı korrupsiyadan danışıb
"Ermənistanda bu gün də
rüşvət alırlar, korrupsiya ilə məşgul olurlar, buna sübut kimi son günlər xoşagəlməz faktlarla saxlanılan şəxslərin
həbs olunmasını göstərmək olar”. Bu fikirləri Ermənistanın baş naziri Nikol
Paşinyan Nazirlər Kabinetinin iclasında bildirib.
“Bu utancverici hallar ayda bir və ya iki dəfə
deyil, on, iyirmi və daha çox baş verərsə qanunsuz hərəkətə yol verənlərin
hamısı saxlanılmaslıdır” - deyən baş nazır hökumət üzvlərini korrupsiyaya qarşı
mübarizə sahəsində daha kəskin addımlar atmaga çagırıb. Onların kim oldugu məni
qətiyyən maraqlandırmır - keçmiş hakimiyyətdən olan vəzifəli şəxslər, partiya
nümayəndələri, onların ailə üzvləri yaxud da ki, yaxın qohumları olsun hamısına
qarşı ciddi tədbirlər görülməlidir. Hökumətdən oğurluq edənlər rüsvay olunmalı, mənəvi şəkildə məhv edilməli
və həbsxanalara göndərilməlidir - deyə baş
nazir bildirib.
O, həmçinin İqtisadi İnkişaf və
İnvestisiyalar Naziri Tiqran Xaçatryan tərəfindən təqdim edilən Avropa İttifaqının
Ermənistana xüsusi şərtlər çərçivəsində qrant ayrılmasına dair imzalanmış qərar
layihəsinə də münasibət bildirib. Baş nazır bildirib ki, qurumdan alınan
qrantların lazımı istiqamətlərə xərclənməsinə də ciddi nəzarət edilməlidir.
Комментарии
Отправить комментарий