Nikol Paşinyan Almaniya səfərində şoka düşdü: erməni mafiyası barədə sənəd yayıldı





Almaniya Federal hökumət ermənilərin ölkədə kriminal fəaliyyət göstərdiyini təsdiqləyir. Bunu Bundestaqın məsələ ilə baglı sorgusuna federal hökumətin cavabı da sübut edir. Hökumət alman mətbuatının erməni "qanuni oğruları"nın ölkədəki cinayətkar fəaliyyət göstərmələri barədə məlumatları təsdiqləyir, qeyd olunur ki, artıq 42 nəfərə qarşı 14 cinayət işi açılıb.


 Der Tagesspiegel nəşrində qeyd olunur ki, erməni cinayətkar qruplarının fəaliyyətləri ilə baglı sənədin yayılması Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkə  rəhbərliyi ilə keçirdiyi görüşlərə təsadüf edib. Ermənilər Almaniyada çırkli pulların yuyulması, zorakılıq, saxtakarlıq və əmlaka qarşı cinayətləri ilə polis tərəfindən axtarışa verilib. Sənəddə qeyd olunur ki, hüquq-mühafizə orqanları əməkdaşları İtalyan və erməni mafiyası arasında əlaqənin oldugunu da aşkar etmişlər.
Xatırladaq ki, ötən ilin noyabrında alman nəşri olan Der Spiegel erməni mafiyasının fəaliyyətinə dair məlumat yazmışdı. Daha sonra alman mətbuatı Thuringia federal əyalətinin cəza polis bölməsinin erməni mafiyasına qarşı əməliyyat həyata keçirərək iki şübhəli klan üzvünün həbs olunduğunu bildirmişdi.

Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir