Münhen Təhlükəsizlik Konfransı keçirilir
Fevralın 15-17-də 55-ci Münhen
Təhlükəsizlik Konfransı keçiriləcək. Bu gün başlayan Münhen
Forumunda təhlükəsizlik siyasəti sahəsində mütəxəssis olan 600 nəfər,
o cümlədən 35 dövlət
və hökumət başçısı, 80 müdafiə və xarici işlər nazirin iştirak edəcəyi gözlənilir.
Azərbaycanı iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil
edir. Tədbir iştirakçıları ənənəyə uyğun olaraq, əsas aktual qlobal
təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Forumun rəhbəri Volfqanq İşinger jurnalistlərə açıqlamasında qeyd edib ki,
bir neçə yüksək çinli siyasətçinin iştirakdan imtina etməsinə baxmayaraq,
builki Münhen Təhlükəsizlik Konfransı 50 ildən çox tarixi ərzində ən vacib və ən böyük
konfrans olacaq.
Bu il Münhen
Təhlükəsizlik Konfransında həmçinin Almaniya Kansleri Angela Merkel, Avropa İttifaqının xarici siyasət və
təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini, NATO Baş katibi Yens Stoltenberq iştirak
edəcək.
Комментарии
Отправить комментарий