Milli Şura dini eksterimizm yolunda




 Azərbaycan siyasi palitrasında anarxist və radikal mövqeləri ilə seçilən, fəaliyyətlərini  təxribatçılıq, yalan üzərində quran bir mənafe qrupu var ki, ölkədə ictimai-siyasi durumu gərginləşdirməyə can atırlar. Bu məqsədlə dezinformasiyalar yayır, insanların heysiyyatına toxunan məsələləri gündəmə gətirir, çirkin siyasi maraqları naminə konkret cinayət əməlinə görə həbs edilmiş insanlardan sui-istifadə edirlər. Son dönəmlərdə həbsxanalardakı vəziyyət, aclıq aksiyaları kimi mövzular bu radikal dairənin əsas gündəminə çevrilib.  
Bir müddət öncə bloger Mehman Hüseynov variantında istifadə etsələr də, gözlədikləri siyasi dividenti qazana bilmədilər. Bu məsələdə Əli Kərimli və onun qarınaltısına çevrilən Milli Şura xüsusi fəallıq göstərdi. Mehmanın işinə xitam verilməsi ilə bu radikal qrup “kreativ” axtarışlarını davam etdirərərk ənənəvi mövzularına qayıtdılar. Söhbət “Müsəlman Birliyi” təşkilatının təmsilçiləri Taleh Bağırzadə və Abbas Hüseyndən gedir. Bu dəfə isə adıçəkilən şəxslərin “aclıq aksiyasına” başladıqlarını dövriyyəyə buraxdılar. Radikallar “aclıq aksiyası” barədə məlumatı onlara AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur tərəfindən verildiyini bildiriblər.

“Aclıq aksiyası”na toxunmazdan öncə bu insanlar arasında olan üzvi əlaqəyə qısa nəzər yetirək. 2015-ci il noyabrın 26-da hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən bir qrup silahlı cinayətkar dəstə zəzərsizləşdirildi. Radikal ekstremist dəstəyə rəhbərlik edən Taleh Bağırovun qeydiyyatdan keçməyən və hüquqi ünvanı olmayan  “Müsəlman birliyi”  hərəkatı üzvlərinin dövlət və konstitusiya quruluşumuza qarşı yönələn cinayətkar əməllərinin qarşısı qətiyyətlə alındı.
Taleh Bagırzadə və Abbas Hüseyn eləcə də digər dəstə üzvləri Nardaran qəsəbəsini spesifik «qanunlar»la idarə etməyə, ümumazərbaycan sosio-mədəni mühitindən təcrid olunmuş orta əsrlər «anklavı» yaratmaga cəhd etmişdilər. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində ekstremist dəstənin üzvlərinin Nardaran qəsəbəsində və respublikanın bəzi rayonlarında  milli maraqlarımıza, milli dövlətçilik prinsiplərimizə zidd olan əməlləri ifşa olundu. Nardaran Azərbaycan reallıgına qaytarıldı.
Taleh Bağırovun “Müsəlman birliyi” ekstremist qrupunun əsas qayəsi Azərbaycanın dövlətçilik və islami  dəyərlərinə zərbə vurmaq olub. “Müsəlman birliyi” adlı hərəkat da dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılmışdı. Dini zəmində ölkədə mövcud olan sabitliyə pozmaga cəhd edən Taleh Bagırzadənin əməllərinə həmin vaxt Əli Kərimlinin müavini olan Fuad Qəhrəmanlı haqq qazandırmış və öz facebook səhifəsində paylaşımlar etmişdi.



Nardaran hadisələri əslində Taleh Bagırzadə, Əli Kərimli, Fuad Qəhrəmanlı münasibətlərinin spektrini müəyyənləşdirməyə imkan verir. Əli Kərimli həmin cinayətkar dəstənin müdafiəsinə qalxmaqla açıq şəkildə dini ekstremizmin yanında olduğu göstərmişdi. F.Qəhrəmanlının iğtişaş çağırışları etməsinə müsbət yanaşan Əli Kərimli faktiki olaraq sifaişçı rolunda çıxış etmişdi.
    Hazırda “aclıq aksiyası” məsələsinin gündəmə gətirilməsi və bundan spekulyasiyalar edilməsi də Əli Kərimli və onun mənafe qruplarının diqqəti özlərinə yönəltmək cəhdi kimi qiymətləndirilməlidir. AXCP sədri həm də xaricdəki “dayı”larına göstərmək istəyir ki, guya Azərbaycanda insanlar haqsız yerə həbs olunur, həbsxanalarda işgəncə verilir. Bu cəhd də ugursuz alındı.
    Çünki, Ədliyyə Nazirliyinin Penitensiar xidməti radikalların bu yalanını da ifşa edib. Qurumun yaydıgı məlumatdan da aydın olur ki,  Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmur sosial şəbəkə vastəsilə yenidən Qobustan qəsəbəsində yerləşən Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkumlar - Taleh Bağırzadə və Abbas Hüseynin həmin müəssisənin rəisi Aftandil Ağayev tərəfindən döyülmələri, işgəncəyə məruz qalmaları, habelə qanuni hüquqlarından məhrum edilmələri, buna etiraz əlaməti olaraq adları qeyd olunan məhkumların aclıq aksiyasına başlamaları barədə həqiqətə uyğun olmayan şər-böhtan xarakterli məlumatlar paylaşmağa başlayıb. Bütün bu qanunazidd əməllər təxribat xarakterlidir və həmin şəxslər öz məsulliyyətlərini dərk etməlidirlər. Bununla əlaqədar Penitensiar xidmət araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edib.
Göründüyü kimi, radikal müxalifət din pərdəsi altında fəaliyyət göstərməyə cəhd edən və əməllərinə görə həbs olunan cinayətkar dəstənin müdafiəsinə qalxıb. Bu dəfə isə “aclıq aksiyası”na diqqəti yönəltmək adı altında. Radikal müxalifətin antiazərbaycançı şəbəkədən tutmuş dini ekstremist dairələrə qədər bütün destruktiv qüvvələrlə əməkdaşlıgı faktlarla sübut olub. Bu dairələr artıq siyasi mübarizəni dini eksterimizmlə əvəzləmək yolunu tutublar.      

Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir