Əli Kərimlinin növbəti avanturası: hakimiyyətin həyata keçirdiyi kompleks islahatları “öz əməyinin nəticəsi” kimi göstərməyə çalışır


 Azərbaycanın faktiki olaraq regionun siyasi, iqtisadi, hərbi güc mərkəzinə çevrilməsi aşkar görünür ki, xarici antiazərbaycançı şəbəkədə və onların “beşinci kolon”unda dərin narahatlıq yaradıb. Antimilli dairələr və onların marionet-radikal siyasi alətləri bu narahatçılıqlarını müxtəlif formada biruzə verir və ölkəmizə qarşı “təzyiq rıçaqları” tapmağa çalışırlar. Bu radikal kəsim ölkədə demokratik proseslərin dərinləşməsini, islahatların miqyasının genişləndirilməsini, vətəndaşların maddi rifah halının yaxşılaşmasını qətiyyən arzulamır hansısa amorf mülahizələr yürütməklə bundan öz çirkin mənqədləri üçün istifadə etməyə cəhd edirlər. Hazırda radikal dəstənin əsas hədəfi görülən genişmiqyaslı işləri gözdən salmaq, ölkənin ugurlu inkişafını şərtləndirən xalq-iqtidar birliyinə nəyin bahasına olursa olsun kölgə salmaq və bununla da xaricdəki dayılarına “müxalifətçilik missiyasını” yerinə yetirdiklərinin göstərməyə çalışırlar.
25 ildir ki, Azərbaycan siyasi səhnəsində yeknəsək ssenarilərlə, formaca fərqli, məzmunca  eyni “birlik” formatları yaradaraq mövcudluqlarını göstərməyən çalışan radikal müxalifət bu gün də öz ampulasındadır. Siyasi təhlillər göstərir ki, real situasiyanı dəyərləndirə bilməyən radikallar ənənəvi dağıdıcı və inkarçı xislətdən hələ də azad ola bilməyiblər. Bu qüvvələr öz fəaliy­­yət­lərini dağı­dıcılıq planları üzərində qurmağa, ictimai-siyasi vəziyyəti süni şəkildə gər­gin­ləş­dirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalış­ırlar. Antimilli qüvvələrin siyasi predmetinə çevrilən Əli Kərimli bu gün “müxalifətçilik oyunu”nun baş qəhramanıdır.  
Müxalifət düşərgəsində birlik imitasiyasi yaratmaqla əqidə yoldaşlarına və liderinə xəyanət edən Əli Kərimli özünü müxalifətin “lideri” sayaraq hazırda ümummilli maraqlar pərdəsi altında gizlənərək şəxsi ambisiyaları uğrunda mübarizə aparır. Radikal düşərgənin “xaç atası” olan Əli Kərimli mövcud hakimiyyətin siyasi, iqtisadi, hərbi və digər sahələrdə apardıgı ugurlu islahatlarla baglı sponsor dəstəkli və xarici antiazərbaycan şəbəkənin maraqlarına xidmət edən Meydan tv-də, Qənimət Zahidin “Sözarası”nda və digər internet resurslarında özünəməxsus şəkildə “şərhlər” verir. Ən maraqlısı da odur ki, AXCP sədri ulu öndər Heydər Əliyev tərəfindən hələ 1993-cü ildə əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən müasir mərhələdə ugurla davam etdirilən islahatlar kursu barədə dayaz təfəkkürlə və konyuktur yanaşma ilə münasibət səgiləyir.   
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Facebook” səhifəsində “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsində bu məsələyə çox dəqiq münasibət bildirib: “Əli Kərimlinin xaricdə mənzil tapan internet resurslarından birinə müsahibə verərkən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi effektli siyasəti öz merkantil maraqları çərçivəsində şərh etməyə çalışması da həmin şəbəkənin fəaliyyətinin bir təzahürüdür. Bəri başdan qeyd edim ki, Əli Kərimlinin müsahibədə səsləndirdiyi fikirlərin hamısı əsassız, reallıqdan uzaq, onun daxili aləminin inikası olmaqla, dövlətə və xalqa son dərəcə yad münasibətinin, ikrahla yanaşmasının ifadəsidir. İrəli sürdüyü və heç bir arqumentə tab gətirməyəcək iddialarının əsasında dayanan motiv də aydındır. O, hər vəchlə hakimiyyət və onun həyata keçirdiyi siyasət barədə cəmiyyətdə formalaşmış müsbət rəyi qaralamağa çalışır”.
Əli Kərimli bu günlərdə xaricdə mənzil qərargahı olan internet resurslarından birinə verdiyi növbəti müsahibəsində də məsələlərə eyni rakursadan yanaşaraq ölkədə aparılan kompleks islahatların 19 yanvar mitinqindən sonraya təsadüf etməsindən və islahatlarla aksiyalar arasında hansısa əlaqənin olmasından danışıb. Yenə də anormal yanaşma, inkarçılıq və məkrli xislət özünü göstərir. Əvvəla 19 yanvar aksiyasında son 10 ildə birinci dəfə idi ki, “Məhsul” stadionuna 2-3 min nəfər adam toplaya bilmişdilər. Bu mitinqin möhtəşəmliyinə əsla dəlalət etmir. İkincisi, AXCP və Milli Şuraya daxil olan 10 partiyanın təmsilçilərinin və “trollar” dəstəsinin uzun müddət internet resurslarından apardıqları təbligatın nəticəsi olaraq özlərinin də anons etdikləri kimi 40-50 min insanın əvəzində meydana bu qədər azsaylı insanın çıxması ümumən müxalifətin dərin elektorat böhranı keçirdiyini göstərdi. O ki, qaldı hakimiyyətin ölkədə islahatları aksiyalara adekvat aparması məsələsinə bunun da nə qədər absurd fikir olmasını Əli Kərimli də anlamamış deyil. Onun bu məsələdə manipulyasiyası sadəcə ictimai rəyə hesablanmış bir gediş kimi dəyərləndirilə bilər.

 Azərbaycan hakimiyyəti ölkədə islahatları kimlərəsə görə, yaxud da ki, hansısa beynəlxalq qurumların istəyinə əsasən aparmır. Bu islahatlar Prezident İlham Əliyevin inkişaf konsepsiyasının tərkib hissəsidir, davamlı olaraq həyata keçirilir və böyük ictimai dəstək də alır. Təkcə cari ilin əvvəllərindən idarəçilik sahəsində aparılan islahatlar, pensiya və müavinətlərin, müvafiq kateqoriyalardan olan vətəndaşlara prezidentin təqaüdlərinin artırılması dövlət başçısının əhalinin sosial müdafiəsinə xüsusi qayğısının növbəti təzahürü olmaqla, ötən dövrdə ölkəmizdə qurulan etibarlı sosial müdafiə sisteminin ildən-ilə gücləndirilməsində növbəti addımların atılmasını təmin edir. Azərbaycanın son illər beynəlxalq aləmdə əldə etdiyi böyük nailiyyətlər və diplomatik ugurlar da Əli Kərimlinin timsalında bütün antiazərbaycançı şəbəkənin məkrli planlarını alt-üst edir.
    Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov məqaləsində bu məsələyə yanaşması son dərəcə maraqlıdır: “Görünən reallıq odur ki, istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını dərinləşdirir, onları cəmiyyətin dinamikasından geridə qoyur, ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşdırır. Belə olan halda isə, onlar özlərini nəinki hakimiyyət uğrunda mübarizənin real subyekti kimi təqdim edə bilmirlər, hətta əbədi müxalifət titulunu da itirmək təhlükəsi ilə üzləşərək xaricdən ötürülən maliyyələrdən məhrum olacaqlarını real təhlükə kimi gözlərinin qarşısına alırlar. Odur ki, sağlam müxalifətçilik zehniyyəti ilə yürüdülən siyasəti təhlil etmək, əgər varsa, onun nöqsanlarını göstərmək, mümkün çətinliklərə diqqət çəkmək, bu yolla müəyyən düzəlişlərə nail olmaq deyil, həmin siyasətin gerçəkləşməsi üçün zəruri olan resurs və alətləri sıradan çıxarmağa, müsbət indikatorları zərbə altına salmağa çalışırlar”.

  Partiyası daxilində  demokratiya yarada bilməyən, təşkilatı intiriqa ocagına çevirən Əli Kərimli virtual “tribuna”sından  indi də 23 fevral mitinqinə  Milli(siz) Şura üzvlərindən dəstək istəyir. Onun yeni mitinq çagırışı da açıq aşkar vətəndaşları itaətsizliyə, polislə qarşıdurmaya hədəflənib. AXCP sədri mitinqin taktikası barədə açıqlaması onun məqsədlərini bəlli edir.
 Milli maraqlar qarşısında məsuliyyət hissi olmayan bu insan ictimai rəydə ikrah hissi doğuran ənənəvi təb­liğat metodunu bu dəfə də işə salıb. “Trollar” dəstəsinə verdiyi tapşırıq isə “1+3” formulu üzərindən qurulub. Yəni hər bir nəfər özü ilə pulla daha 3 nəfər gətirmək təlimatı verib. Aksiyaya icazənin verilib-verilməməsindən asılı olmayaraq azsaylı emosiya qrupları öz destruktiv hərəkətlərini etməlidirlər.  Bu metoddan Əli Kərimli əvvələr də istifadə etmişdi. Xarici şəbəkənin maliyyə dəstəyinə arxalanan Kərimli hər cür pozucu fəaliyyətə getməyə hazır oldugunu nümayiş etdirir. Ancaq AXCP sədri unutmamalıdır ki, bu gün Azərbyacanda xalqın böyük dəstəyini qazanan güclü hakimiyyət mövcuddur. Güclü xalq-iqtidar birliyi qarşısında Əli Kərimlinin mitinq eyforiyası, “virtual cəngavərliyi” və müxalifətin birlik imitasiyası eləcə sabun köpüyü effekti verəcək.





Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir