Əli Kərimlinin 23 fevral “tezisl”əri: siyasi iflasın son həddi
AXCP sədri bu günlərdə
radikalların “xaç anası” Sevinc Osmaqnqızının “qonagi” olub və 23 fevralda növbəti
mitinqin keçiriləcəyi barədə anons verib. Maraqlı məqamsa AXCP sədrinin mitinqin
budəfəki taktikası ilə baglı açıqlamaları olub. Əli Kərimlinin Osmanqızına
verdiyi müsahibədə cəbhəçilərə yönəlik təlimatlardan bir daha aydın olur ki, radikal
müxalifətin əsas missiyası yenə də siyasi aksiyalarda dağıdıcı subyekt qismində
çıxış etmək olacaq. Anti-azərbaycançı, qərəzli xarici dairələrin sifarişlərinin
də məhz emosiya qrupları vastəsilə
reallaşdırılması hədəflənib. Məqsəd sabitliyi pozmaq, xaos və dağıdıcı meyillər
yaratmaqla sifariş sahiblərinə yaxşı görünməkdir.
Ancaq mitinqlərdə təşkilatçı
qismində çıxış edən AXCP sədrinin sosial bazasının olmaması məhz Əli Kərimli tərəfindən
rüsvaycasına etiraf olunması bu radikal kəsimin ümumən düşdüyü acınacaqlı
durumu göstərir. Əli Kərimli öz facebook hesabında “təşkilatlanma” ərəfəsində
olduqlarını bildirib və AXCP sıralarına üzv olmaq üçün gənclərə müraciət edib.
Hətta elektron anket formasını da öz səhifəsində yerləşdirib. Nə qədər rəzil
bir vəziyyət. Mitinqlərə 50 minlərlə insan toplayacagını və AXCP-nin ən böyük
elektorata malik olması ilə baglı dediyi fikirlərin sabun köpüyü olması bir
daha təsdiqləndi. Siyasətdə piyada, çağırışlarla bəyanatları saxtakarlıq
və riyakarlıq üzərində qurulan partiya rəhbərinin heç bir elekoratının olmadıgı
bununla da üzə çıxdı. Mitinqlərə izdihamlı insan kütləsini çıxaracaqları ilə
baglı söylədiyi fikirlərin də əsassız olması bir daha təsdiqləndi.
AXCP sədrinin ətrafının
siyasi zombilər, ona yaxın partiyanın yığışdığı "Milli Şura”nın isə
sintetik bir qurum olmasını nəzərə aldıqda elektoratsız və potensialı olmayan
radikalların 23 fevralla baglı manipulyasiyalarının da nəticəsiz olacagı əvvəlcədən
bəllidir. Əli Kərimlinin muzdlu “trol”llar dəstəsi isə sosial şəbəkələrdə yenə
də aktivləşiblər. İndi də eyni patetika, demaqogiya və Qərbə yönəlik mesajlar
trolların ənənəvi üslblarından biri kimi diqqəti şəkir. İllüziyalara qapılan
Əli Kərimli yenə də zombilər dəstəsini işə salaraq özünün maraqlarına xidmət
edir.
25 ildir ki, radikalizmi
siyasi fəaliyyət metodu seçən, xarici dairələrin əlində siyasi predmetə çevrilən Əli Kərimli bu gün 5-6 nəfərlik korporativinə
yeni üzvlər qəbul etmək üçün yalvarır. Şəxsi maraqların hər şeydən üstün tutan yalnız
özünun və xaricdəki ailəsinin komfort həyatını təmin edən bu siyasət dəllalının
pofosuna kimilərinsə reaksiya verəcəyi aglabatan deyil. Axı Əli Kərimlinin ən
yaxın tərəfdarlarını necə aldatdıgını aləm bilir...
Комментарии
Отправить комментарий