İnternet və çap media: maliyyələşmədə əsas hədəflər




Azərbyacan qlobal məkanın tərkib hissəsi olaraq baş verən bütün pozitiv yeniliklərə adekvat münasibət sərgiləyir. Dünyada olduğu kimi ölkəmizdə də internet media çap medianı sıxışdırmaqdadır. İnternet mediası operativlik və cəmiyyəti ən son yeniliklərlə məlumatlandırmaq baxımından qəzetləri, hətta televiziya kanallarını da artıq üstələyir. Bu gün qabaqcıl ölkələrdə oldugu kimi Azərbaycanda da xəbər istehsal edən əsas vasitələrdən biri internet media hesab olunur.
 İnternet medianın ölkəmizdə belə populyarlıq qazanması çox da uzaq keçmiş olmasa da ən qısa zamanda inkişafı və yeniliklərə meyilliliyi baxımından heç də inkişaf etmiş ölkələrdən geri qalmır. Bu sahədə çox sürətlə irəliləyir. Ən maraqlı məqamsa odur ki, qərbdə bu sahədə tətbiq edilən istənilən yeni texnologiya qısa zaman kəsiyində ölkəmizdə də istifadə olunur. Yeni media resurslarının inkişafı ölkəmizin qlobal internet məkanında yer tutması üçün geniş imkanlar açır. Şübhəsiz ki, ictimai fikrin formalaşmasında internet medianın  rolu artmaqdadır. Bununla yanaşı keyfiyyətli və texniki göstəriciləri baxımından dünya standartlarına cavab verən print medianın olması da son dərəcə vacibdir. İnkişaf etmiş ölkələrin də təcrübəsi göstərir ki, qəzet bazarının inkişaf etdirilməsi, mətbuatın məzmun baxımdan keyfiyyətinin yüksəldilməsi, eləcə də texniki parametlərinin müasir səviyyəyə çatdırılması maliyyə vəsaiti tələb edir. Çap mediadan internet mediayaya keçiddə də bu məsələ prioritet olaraq qalır.


İstər çap, istərsə də internet media olsun, xüsusi texniki avadanlıqlar və peşəkar komanda olmadan geniş auditoriya üçün keyfiyyətli informasiya verilişini təmin edə bilməz. Bunu cəmiyyət tərəfindən qəbul edilən qəzet və jurnal redaktorları, eləcə də elektron medianın nümayəndələri də təsdiq edə bilərlər.  İctimaiyyətinin maraqlarına cavab verən, rəqabətədavamlı, ictimai-siyasi proseslərə, ictimai rəyə təsir imkanları olan çap mediasının formalaşdırılması da bu gün əsas məqsəd kimi qarşıya qoyulub.
Bu günlərdə Mətbuat Şurasının İdarə Heyətinin iclasında Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) qəzetlərin maliyyələşməsi üçün şərtləri dəyişdirməsindən sonra yaranan durumu müzkirə etməsi də mühüm məqamlarla yadda qaldı. Qeyd edək ki, qəzetlər üçün minimum 5 min tiraj və 2 min yayım tələbinin qoyulması dövlətin bu sahəyə yeni  yanaşmasını göstərir. Bu yenilikdə əsas prinsip media bazarının genişləndirilməsi və keyfiyyətli qəzetlərin çıxmasına nail olmaqdır.

KİVDF tərəfindən maliyyələşməyən qəzetlərə mövcud durumdan çıxmaq üçün irəli sürülən təkliflər bu baxımdan əhəmiyyətlidir. Belə ki, qəzetlərin metro stansiyalarının çıxışında və insanların sıx toplaşdıqları digər yerlərdə satışının, o cümlədən səyyar satışının bərpa olunması ilə baglı təklifin səsləndirilməsi  bu istiqamətdə mühüm addım kimi dəyərləndirilə bilər. Dövlət dəstəyindən faydalanmaq şansı olmayan nəşrlərin gələcəkdə bu imkanlardan yararlanmaqla maliyyə durumlarını yaxşılaşdırmaq və buna adekvat olaraq daha keyfiyyətli qəzet buraxmaq imkanı əldə edə bilərlər. Bu imkan onlarda fəaliyyət üçün stimul yaradacaq. Bu isə öz növbəsində rəqabət formalaşdıracaq. Qəzetlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət elan və sosial reklamlarının KİV-də cəmləşməsi məsələsinin də gündəmə gətirilməsi mühüm məqam kimi vurgulana bilər. Çünki qəzetlər bu sarıdan çox ciddi çətinliklərlə üzləşirlər. KİVDF-nin maliyyələşmə şərtlərində dəyişiklər etməsinin fəlsəfəsində qəzetlərin sayını azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaq dayanır. Təbii ki, buna nail olmaq üçün yalnız tiraj və yayım yox, eyni zamanda məzmun məsələsi də ön planda olmalıdır.  Həmçinin mərkəzdə və regionlarda qəzet yayımı sahəsində vəziyyətin düzəldilməsi, eləcə də qəzet satışı köşklərinin təyinatı üzrə istifadə edilməsi vacib məsələ kimi qaldırılıb. Qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsi məqsədilə müvafiq qurumlara müraciət ediləcəyi də bu sırada yer alır.
İclasda mediaya dövlət dəstəyi məsələsində mühüm məqamlardan biri kimi onlayn KİV-lərin maliyyələşməsi göstərilib. Qeyd olunub ki, bununla bağlı qarşıda duran başlıca vəzifələrdən biri internet medianın özünə hüquqi münasibətlər sistemində yer tutmasıdır. Bu məsələnin tezliklə həllini tapması üçün müvafiq qurumlara müraciət olunmasının zəruriliyi diqqətə çatdırılıb. MŞ mövcud istiqamətdə hazırladığı təkliflər sırasında internet media ilə bağlı ayrıca qanunun olmasını da göstərib. KİVDF-nin internet medianı maliyyələşdirməsi və ilkin mərhələdə prioritet istiqamət olaraq internet qəzetlərə maliyyə ayrılması məsələsinin müzakirəsi önəmli məsələdir.
Onlayn medianın maliyyələşməsi mətbuatın bu seqmentində özünü tənizimləmə prosesinə müsbət təsirini göstərəcək. Bu imkanların yaradılması Azərbaycanın internet mediasının dayanıqlı inkişafına və dünyanın qabaqcıl mediası ilə ciddi əməkdaşlıq imkanlar verəcək.

Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir