Ermənistanda ixtisar olunan işçilər etirazlara qalxıblar
Ermənistanın
Milli Ruh Sağlamlığı Mərkəzində ("Nubaraşen" psixi klinikası) tibb
və texniki personalın kütləvi şəkildə ixtisar olunması ciddi narazılıga səbəb olub.
Xəstəxana
işçiləri NEWS.am müsahibələrində bildiriblər
ki, ötən ilin dekabrın 21-də təkcə
bir şöbədən 26 nəfər ixtisar olundu.
Onların digər xəstəxanalarda işlə təmin ediləcəyi bildirilsə də nəticə olmadı,
əksinə proses daha da kütləviləşdi.
"Biz hamımız ailələrə sahibik və işimizi itiririk. Bu isə heç kimin vecinə
deyil”-deyə xəstəxana işçiləri bildiriblər.
“Bu xəstəxana yaşlı və zehni problemlər üzündən özlərinə
qayğı göstərə bilməyən xəstələrin müalicəsi üçün olan bir xəstəxanadır. Biz
onlara qulluq göstərirdik, bezlərini dəyişdirirdik. Bu çox çətin bir işdir. Küçədə
qalmamaq üçün şöbə əməkdaşları bir ay müddətinə əmək haqqından imtina etməyə,
xəstəxana binasını kosmetik təmir etməyə hazır olduqlarını bildirdilər. Ancaq
rəhbərlik bu fikri rədd edib”-deyə tibb işçisi Arsen Manuçaryan bildirib.
Xəstəxana işçiləri Səhiyyə Nazirinin
müavini Arsen Davtyanla görüşdüklərini bildiriblər. O, məsələdən nazirin
xəbərinin oldugunu və ixtisarla baglı müvafiq əmrini xatırladaraq, heç bir köməklik edə
bilməyəcəyinə təəssüf edib.
“Bundan sonrakı nə olacaq - biz bilmirik.
Bu, ciddi problemdir, çünki tezliklə ailəmizi qidalandırmaq mümkün olmayacaq
"-deyə ixtisara düşən işçilər bildiriblər.
Комментарии
Отправить комментарий