Ermənistanda elm və təhsil işçiləri də aksiyaya başladılar
Ermənistanda bütü sahələrdə oldugu kimi elm və təhsil sahəsində də böhran dərinləşməkdədir. Təhsil sahəsində işçilərin əmək haqları artıq 10 ildir ki, eyni səviyyədə qalıb. Ermənistanın Təhsil və Elm naziri Araik Arutyunyan KİV-lərə açıqlamasında maliyyə çatışmazlıgını əsas gətirərək müəllimlərin maaşlarının yaxın perspektivdə artırılmayacagını bildirib. Müəllimlərini etiraz aksiyalarına elmi-tədqiqat sahəsində çalışan alimlər də qoşulublar.
İrəvan Dövlət
Universitetinin 200-ə yaxın əməkdaşı hökumət binası qarşısında etiraz aksiyası
keçirir. Aksiya iştirakçıları Maliyyə Nazirliyi tərəfindən qəbul olunan yeni qərara
etiraz etmək üçün binanın önünə toplaşıblar. Qərara əsasən elmi
laboratoriyaların maliyyələşdirilməsi üçün tenderlər keçirilməlidir. Bu
tenderlərdə özəl şirkətlər iştirak edə bilər.
Aksiya iştirakçısı, tədqiqatçı Robert Hakobyan
armtimes.com-a müsahibəsində bildirib ki, maliyyə Nazirliyi elmi sahəyə
müdaxilə etməməlidir. “Hökumət artıq elm sahəsini də məngənəyə salır. Bizim
taleyimizi özəl şirkətlər həll edəcək. Aydın məsələdir ki, minimum qazanc əldə
edən tədqiqatçılar daha da acınacaqlı duruma düşəcəklər”-deyə Hakopyan
bildirib.
Gənc
tədqiqatçı Gevorg Qriqoryan Ermənistan cəmiyyətinin əsl simaasını açıb
göstərib: “Ermənistan iqtisadiyyatı yox dərəcəsindədir. Ermənistanda kimya və
biologiya sahələrini inkişaf etdirmək üçün ikinci Sovet İttifaqı olmayacaq. Artıq
hər şey məhv edilir: təhsil, elm, sənaye və digər sahələr. İndi biz gələcək
nəsillər üçün çalışırıq amma buna da imkan vermirlər. Bizi çarmıxa çəksəydilər
daha yaxşı olardı”.
Təhsil və Elm
naziri Araik Arutyunyan bildirib ki, dövlət elmi mərkəzlərin
maliyyələşdirilməsinə vəsaiti yoxdur. Yalnız elmi labaratoriyaların
nəticələrini qiymətləndirə bilər. Yeni qərarın qəbul edilməsi də bu məntiqdən
irəli gəlir.
Aksiya
iştirakçıları hökumətin müsbətə dogru addım atmayacagı təqdirdə aksiyaları
davam etdorəcəklərini bildiriblər.




Комментарии
Отправить комментарий