Ermənistanda ara qarışdı
www.youtube.com/watch?time_continue=72&v=4tYpHluqJwc
Ermənistanın Armavir rayonunun Arşaluys kəndində bu gün səhər
saatlarından gərgin vəziyyət yaranıb.
Kənd əhalisi icmanın rəhbəri Zarzand Qriqoryanın istefasını tələb edirlər.
Burada etirazçılarla polis arasında qarşıdurma yaranıb. "Mənim addımım” blokundan
deputat Taguy Qasımyan kəndə gələrək hər iki tərəflə danışıqlar aparıb. News.am
saytına müsahibə verən deputat heç bir razılıgın əldə olunmadıgını deyib.
"Əgər söhbətin səmərəli keçdiyini, konstruktiv həll yolunun tapıldıgını
desəm yalan danışmış olaram. Vəziyyət gərgindir” - deyə o bildirib.
Deputatın sözlərinə görə, icmanın başçısı insanlara qarşı təzyiq
göstərir. Qeyd edək ki, Zarzand Qriqoryan general Manvel Qriqoryanın qardaşı
oğludur. Kənd camaatı uzun müddətdir ki, onun istefasını tələb edirlər.
Комментарии
Отправить комментарий