Ermənistanda aksiya: məhkumlar faşist konslagerlərindən də dəhşətli rejimdə saxlanılırlar
"Biz Paşinyanla görüş tələb edirik. Bilinməyən
səbəblərdən vaxt uzadırlar və görüşə imkan vermirlər. Cənab Marukyan və xanım Zohrabyan tərəfindən irəli
sürülən məhkumların saxlanılma günü ilə baglı müddətin dəyişdirilməsi məsələsini
aydınlaşdırmaq istəyirik. Bu, 2004-cü ildən 2018-ci ilə qədər həbsxanalara
düşən məhkumlara aiddir ki, onlar da faşist konslagerlərindən də dəhşətli bir rejimdə
saxlanılırlar"-deyən nümayişçi Maksim Arutunyan bildirib.
Digər bir aksiya iştirakçısı Artur Manvelyan bildirib
ki, 100 məhkum da aclıq aksiyasına başlamaq niyyətindədir. Tədbir iştirakçıları
penitensiar müəssisələrlə baglı yeni qanun layihəsi qəbul edildikdən sonra
mübarizəni davam etdirəcəklərini elan ediblər.
Qeyd edək ki, “Nubaraşen” cəzaçəkmə müəssisəsində aclıq
aksiyası keçirən beş nəfər məhkumdan ikisi həbs olunub. Onlar cinayət işinin
gedişindən və saxlanılma şəraitindən narazıdırlar. Fevralın 11-də başqa bir
məhkum da aclıq aksiyasına qoşulub. “Nubaraşen” həbsxanasında ömürlük həbs
cəzasına məhkum edilmiş Armen Ter-Sahakyan və Aram Xaçikyan 12 fevralda aclıq
elan ediblər. Onların səhhətində ciddi problem yaranıb.
Ədliyyə naziri Artak Zeynalyan isə məsələ ilə baglı
indiyədək heş bir açıqlama verməyib.
Комментарии
Отправить комментарий