Ermənistana səfər nə məqsəd güdürdü?
Turan agentliyinin redaktoru
Şahin Hacıyevin öz işçi qrupu ilə birgə 1-5 fevral tarixlərində Ermənistana səfəri və bir sıra görüşlər
keçirməsi eləcə də qondarma “erməni soyqırımı qurbanlarının” abidəsini ziyarət
etməsi barədə informasiyaların yayılması bir sıra suallara yol açıb.
Səfərdə iştirak edənlərin İrəvana hansı məqsədlə getdikləri və
keçirdikləri görüşlər barədə təfərrüatlı məlumat verməmələri müəyyən şübhələr
yaradır.
Erməni KİV-lərindən - sputnik.am, news.am, panorama.am
və digər saytlarda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyanın
səfərlə baglı açıqlaması yer alıb. Mətbuat katibi bildirib ki, Şahin Hacıyev
sırf jurnaslist fəaliyyəti göstərmək üçün Ermənistan XİN-ə müraciət edib və
bütün prosedurları keçdikdən sonra səfər baş tutub. “Hər gün müxtəlif
ölkələrdən gələn onlarla jurnalistlər akkreditasiya üçün Ermənistan Xarici İşlər
Nazirliyinə müraciət edirlər. Erməni tərəfi xarici jurnalistlərin peşəkar
fəaliyyətinə mane olmur”-deyə Nagdalyan bildirib.
Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan
Facebook səhifəsində İrəvanda Şahin Hacıyevə müsahibə verərək onunla şəklini
paylaşıb və sonuncunun onun sözlərini təhrif etməyəcəyinə söz verdiyini
bildirib. Tevan Poqosyan bildirib ki, Azərbaycan jurnalistinin məqsədi "Ermənistanın
ictimai rəyini başa düşməkdir".
Erməni
sosial şəbəkələrində isə bu səfərlə baglı reaksiyalar kəskin olub. Manvel
Krikoryan adlı istifadəçi yazıb ki, bu səfər bütün hallarda erməni cəmiyyətinə
hörmətsizlikdir. İndiki şəraitdə belə bir səfərə icazənin verilməsi Ermənisatan
XİN-in yatıtmaz fəaliyyətini göstərir
Oksana
Vartanyan adlı istifadəçi isə Azərbaycandan gələn jurnalistlərin casus
olduqlarını bildirib. Bu qədər casus Xarici İşlər Nazirliyini xətti ilə ölkəyə
buraxılır. Üstəlik, bu casusların rəsmi görüşlər keçirmələri və şəkil paylaşmaları da absurddur.
Qeyd edim
ki, erməni tərəfi İrəvana səfər edən jurnalist qrupunun müxalif düşərgəsinə
mənsublugunu xüsusi vurgulayıb.
Təqdimatlarda da Turan informasiya agentliyinin bütün siyasi parametləri və
mövqeyinin də nədən ibarət oldugu açıqlanıb. Belə bir təqdimatın düşmən
dövlətdə hansı məqsədlə edilməsi hər halda düşündürücüdür...
Комментарии
Отправить комментарий