Çap mediada mərkəzləşmə prosesi günün tələbidir



 Dünyada baş verən qloballaşma prosesləri bütün sahələrdə olduğu kimi, jurnalistika sahəsinə də mühüm təsir göstərib və ənənəvi forma və məzmunun dəyişməsi ilə nəticələnib. KİV-in yeni keyfiyyət kəsb etməsi, cəmiyyətdə onun rolunun güclənməsi bu sahədə də zəruri islahatların aparılmasını vacib edir. İnkişaf etmiş ölkələrdə mətbuatın, radio və televiziyanın kommersiyalaşdırılması, ən yeni texniki nailiyyətlərin tətbiq edilməsi keçmiş sovet respublikalarının KİV-i qarşısında da çox mürəkkəb vəzifələr qoyub. KİV-lərdəki bu modernləşmə prosesi müxtəlif formalarda baş verir ki, o da öz növbəsində onların inkişafına ciddi təsir göstərir. Fərqli dizaynda müxtəlif xəbər saytları, informasiya portalları, blog-jurnalistika, internet-radiolar, internet-TV-in sürətlə artması bu inkişafın nəticəsidır.
 Azərbaycan cəmiyyətində də ənənəvi mediadan internet mediasına keçid artıq qarşısıalınmaz prosesə çevrilib. Görünən odur ki, internetin sürətlə inkişafı və sosial şəbəkələrin fəaliyyətinin genişlənməsi artıq bir qism çap mediasını sıradan çıxarmaqdadır. Yəqin ki, hər kəs razılaşar ki, ölkədə internet qəzetlər və yeni media vasitələri xəbər istehsalında və operativ şəkildə çatdırılmada print medianı dəfələrlə üstələyir. Yeni media resurslarının inkişafı ölkəmizin qlobal internet məkanında yer tutması üçün də geniş imkanlar açır. Elektron media və sosial şəbəkələrin ictimai fikrin formalaşmasında rolu da danılmazdır. Həm texniki, həm də operativ xəbərin çatdırılmasında elektron media ilə çap mediası arasında da müqayisə apardıqda fərqiliklər özünü daha çox gösərir. Fikrimcə, elektron KİV geniş auditoriya üçün informasiya verilişini təmin etmək baxımından da üstünlüyünü ələ alıb. Artıq internet KİV-də işləyən yeni nəsil jurnalistikası formalaşıb ki, onlar da ənənəvi jurnalistikadan fərqlənməyə çalışırlar.

Azərbaycan reallıgında elektron media ilə print media arasında gedən rəqabət meydanında   ikincinin dərin böhran keçirdiyini görmək mümkündür. Müasir dövrdə oxucu auditoriyasının da mobil-operativ informasiya almaq maragının oldugunu nəzərə aldıqda məhz onların elektron mediaya daha çox müracət etdiklərini müşahidə edirik. Belə oldugu təqdirdə qəzetlər oxucu auditoriyasını itirir, tiraj aşağı düşür, ciddi maliyə böhranı yaşayırlar. Bu məqamda oxucu auditoriyası cəhətdən problem yaşayan, bazar iqtisadiyyatının tələblərinə adekvat cavab verməyən mətbu orqanının qarşısında iki yol qalır: ya baglanmalı, ya da ki elektron mediaya birdəfəlik keçidi təmin etməli.
Azərbaycanda 1993-cü ildən başlayaraq dövlətin mətbuata davamlı dəstəyi olub. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində əməli tədbirlər həyata keçirildi. Belə ki, Prezidentin 1998-ci il 6 avqust tarixdə imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərman kütləvi informasiya vasitələri üzərində senzuranı aradan qaldırdı.
Ulu öndər Heydər Əliyev 2001-ci ilin 18 dekabrında ölkənin bir qrup aparıcı KİV rəhbərləri ilə görüşündən sonra milli mətbuatımızın mövcud problemlərinin həlli və Azərbaycan jurnalistikasının inkişafı məqsədinə yönələn bir sıra tarixi qərarlara imza atdı. Dövlət başçısı İlham Əliyev də ilk gündən respublikada mətbu nəşrlərin sər­bəst fəaliy­yə­ti­nə, jurnalist­lərin öz iradələrini azad şəkildə ifadə etməsinə lazımi şəraitin yara­dılmasının tərəf­darı olduğunu bəyan etdi. 2005-ci il 21 iyul tarixində «Azərbaycan mətbuat işçi­lərinin təltif edilməsi haq­qında», «Azər­bay­can mətbuat işçilərinə fəxri adların ve­ril­məsi haq­qında», habelə «Kütləvi infor­masiya vasi­tələrinə maliyyə yardımı gös­tə­rilməsi haq­qında» sərən­camların imzalanması jurna­list­lərin əməyinə yüksək qiymət verildiyini göstər­miş­dir.
2008-ci il 31 iyul tarixində «Azərbay­can Res­publikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı gös­təril­məsi haqqında», eləcə də «Azərbaycan Respublikasında kütləvi infor­masiya va­sitə­lə­rinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında» sərən­cam­lar imzalandı.Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli «Azərbay­can Res­publikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Döv­lət Dəstəyi Fondunun yaradılması haqqında» sərəncamı da məhz Azərbay­can Respubli­ka­sında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi kon­­­sepsiyasında ək­­sini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxı­­­mından mühüm əhə­­­­miyyət kəsb etdi. Fond son 10 ildə uğurla fəaliyyət gös­tə­rərək mətbuatın inki­şafına, o cümlədən qəzetlərin ayrı-ayrı layihələrinin ma­liy­yələşdiril­məsinə dəs­tək verir. Prezident İlham Əliyevin Azərbaycan mətbuatının inkişafına, yaşamasına verdiyi dəstək göz qabagındadır. Ancaq sual olunur, qəzetlərin yaşaması üçün dövlət dəstəyi əsas mənbə olaraq nə vaxta qədər qalacaq.

Azərbaycanda KİVDF vasitəsilə maliyyələşən qəzetin sayı 33-dür.  Bundan başqa sahə qəzetləri, aylıq, regional qəzetləri də fəaliyyət göstərirlər. Ancaq bu qəzetlərin tam əksəriyyətinin tirajı 5 mini ötmür. İşçilərin sayı və peşəkarlığı tələb oluna səviyyədə deyil, maaşlar aşağıdır. İnternet mediasının sürətlə inkişaf etdiyi hazırkı mərhələdə Fondun maliyyə yardımı ayırdığı qəzetlərin istər məzmun və forma, istərsə də keyfiyyət baxımından müasir tələblərə cavab verməsi son dərəcə vacibdir. KİVDF tərəfindən də irəli sürülən yeni tələblər çap mediasının mərkəzləşmə prosesinə start verir, bazarda ancaq güclülərin, cəmiyyət tərəfindən qəbul olunan, oxunan qəzetlərin qalmasına şərait yaradır. 
 Azərbaycanda ictimaiyyətinin maraqlarına cavab verən, rəqabətədavamlı, ictimai-siyasi proseslərə, ictimai rəyə təsir imkanları olan çap mediasının formalaşdırılması əsas məqsəd kimi qarşıya qoyulub. Geniş texniki imkanları, peşəkarlardan ibarət komandası, inkişaf etmiş elektron versiyası olmayan qəzetin müasir dövrdə oxucu auditoriyası yıgması mümkün deyil. 10 milyon əhalisi olan bir ölkədə əgər bir qəzet 5 minlik oxucu auditoriyası toplaya bilmirsə və dövlətin dəstəyindən asılı vəziyyətdə fəaliyyətini davam etdirməyi düşünürsə, tam əminliklə demək olar ki, onlara daha 10 il də dəstək göstərilsə belə yenə də inkişaf olmayacaq. Bu gün həmin tip qəzetlərin daha geniş auditoriyası olan mətbuat orqanlarına transformasiyası daha məqsədəuygun olardı.

Dünya təcrübəsinə baxdıqda görmək olur ki, bir sıra ölkələrdə mərkəz qəzetləri də çap olunur. Bunu ABŞ, Avropa ölkələrinin eləcə də dost, qardaş Türkiyənin nümunəsində də görmək mümkündür. Həmin qəzetlər böyük tirajları, texniki imkanları, tərtibatları eləcə də elektron variantları ilə öz oxucu auditoriyasını yarada biliblər. Bu illərdir ki, belə davam edir. Ancaq bizdə dərc olunan mərkəz qəzetləri də istər tərtibat, tiraj, istərsə də texniki parametrlərinə görə arzuolunan səviyyədə deyillər. Elektron versiyalarında bu çatımazlıqları da aydın şəkildə görmək mümkündür. Hesab edirəm ki, ölkə mediasında aparılacaq islahatlar milli mətbuatımızın dünya standartlarına uygunlaşmasını təmin edəcək.
Beləliklə, dövrün tələblərinə uyğun olaraq media sahəsində aparılan dəyişikliklər ənənəvi mediadan elektron mediayaya keçid prosesinin tam ugurla həyata keçirilməsinə, modern və peşəkarlardan ibarət media qurumlarınin yaranmasına və dünya mediasına inteqrasiya prosesinə müsbət təsir edəcək. 



Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir