Avropanın “sarı jiletliləri”: mif və reallıq
https://www.youtube.com/watch?v=WFBMfqRIDI8
Fransada
ötən ilin noyabrından başlanan “sarı jiletlilər” hərəkatı artıq Avropanı
bürüyüb. İngiltərə, Belçika, Polşa, İtaliyada bu hərəkata dəstək məqsədilə
minlərlə aksiyaçı küçələrə axışıb. “Sarı jiletlilər” əvvəlcə spontan etiraz
hərəkatı kimi diqqəti özünə cəlb etsə də sonradan bu hərəkatın liderləri kimi -
Erik Druen və Maksim Nikol ön cərgəyə
çıxdılar. İlk vaxtlar yanacagın qiymətinin qalxmasına etiraz edən lokal qruplar
sonradan daha böyük sosial tələblərlə çıxış etməyə başladılar və bu gün
təşkilatlanmış siyasi qüvvəyə çevrilməkdədirlər. Hərəkatın liderlərinin həbsi
də “sarı jiletliləri” dayandıra bilmədi, əksinə onlara dəstək verən siyasi
dairələr də tapıldı.
Erik
Druenin həbs edilməsi fransalı siyasətçi Jan Luk Melexonun sərt reaksiyasına
səbəb oldu. O, Twitter-dən verdiyi açıqlamasında qeyd edib: “Erik Drue yenə
saxlanıldı, niyə? Gücdən sui-istifadə olunur. Siyasiləşən polis, Sarı
Jiletlilər hərəkatının liderlərini hədəfə alır”.
Fransada
aralarında Tierri Pol Valet (Thierry Paul Valette) kimi tanınmış adamların da
olduğu “sarı jiletlilər”dən bir qrup ABŞ-ın əvvəlki prezidenti Barak Obama ilə
görüşə hazırlaşırlar. “Le Figaro” qəzetinin yaydıgı məlumata görə, bu
qrup Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Obama Fondunun vasitəsilə
keçmiş ABŞ prezidentinə məktub göndərərək onunla görüşmək istədiklərini
bildirib. Məktubda Obamanın dünya və Avropa ilə bağlı məsələlərə yanaşma
tərzi təqdir edilib. Ştən həftə “sarı jiletlilər” İtaliya Baş Nazirinin müavini
Luici de Mayo (Luigi di Maio) ilə görüşüblər. İtaliyada hökumət
müttəfiqi olan iki siyasi partiyanın lideri Fransada həftələrdir davam edən
Sarı jiletlilər hərəkatına dəstək verib.
Aksiyalar
zamanı 5000-dən çox
nümayişçiyə qarşı amansız davranılsa da, etirazlar səngimir. Şənbə günü “sarı
jiletlilər”in davam edən aksiyalarında polislə toqquşmada bir nəfər
nümayişçinin qolunun qopması və onlarla nümayişçinin xəsarət alması vəziyyəti
daha da gərginləşdirib. Fransa Prezidenti Emanuel Makron baş verənlərlə baglı
etirafları maraq dogurur: “Bu böhran başlayandan bu yana on bir insan dünyasını
dəyişib. Bu itkilərimizdən heç birinin səbəbi asayiş mühafizəsi qüvvələrimizin
hərəkətləri olmayıb”, - E.Makron qeyd edib.
Parisdə,
Bordoda və digər şəhərlərdə polisin
mitinqçilərə qarşı sərt müdaxilələri, gözyaşardıcı
qazlardan istifadə etməsi Avropanın düz göbəyində baş verir. Ancaq beynəlxalq
qurumlardan səs çıxmır. Avropa Şurası, Avropa Parlamenti sadəcə özlərini
korluga qoyub. Başqa dövlətlərə ələxsus da Azərbaycana yanaşmalarda bu
qurumların əllərində “siyasi lupa” ilə hərəkətə keçmələri təssüf dogurur. Avropadakı
“sarı jiletlilər” hərəkatına qarşı polis zorakılıgı barədə kifayət qədər
faktların olması, toqquşmalarda 11 nəfərin ölümünün Fransa prezidenti
tərəfindən səsləndirilməsi belə bu qurumları hərəkətə keçirmir. Nə baş verir?
İkili standartlarmı, yoxsa Avropanın ənənəvi siyasi yanaşma üsulu.
Uzaga getməyək. Yanvar ayında Fransa
Xarici İşlər Nazirliyinin (XİN) Mehman Hüseynovla bağlı məsələyə
münasibəti və ATƏT-in media azadlığı
üzrə nümayəndəsi Arlem Dezirin məsələ ilə bağlı Azərbaycanın xarici işlər
nazirinə məktub ünvanlaması Bakının sərt etirazına səbəb olmuşdu. Azərbaycan
XİN-in mətbuat xidməti “rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət
bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin”-cavabını
vermişdi.
Fransa prezidenti Emmanuel Makronun 24 apreli qondarma erməni soyqırımını
anma günü elan etməsi Türkiyədən də sərt təpkilərlə qarşılanmaqdadır. E. Makronun
eləcə də bəzi beynəlxalq qurumların Ermənistanda yeni qurulan avtoritar rejimin
siyasi oponentlərinə qarşı həyata keçirdiyi repressiyalara, kütləvi həbslərə
konkret mövqe bildirmədikləri halda Azərbaycan və Türkiyəyə yönəlik yanaşmaları
ümumilikdə qoca qitədə ikili, hətta üçlü standartların oldugunu göstərir.
Fransalı jurnalist Nur Dolan “Report“un Qərbi Avropa
bürosuna açıqlamasında bir sıra maraqlı nüanslara toxunub. O qeyd edib ki,
Emmanuel Makron ölkədə “Sarı jiletlilər“ hərəkatı da daxil olmaqla çoxsaylı
problemlərdən yayınmaq üçün 24 apreli “erməni soyqırımı”nı milli anım günü kimi
qeyd edilməsi məsələsini ortaya atıb. Çünki, Fransada mövcud olan ciddi
problemlər fonunda bu, həlli çox asanlıqla başa gələn bir məsələdir”. Jurnalist
bildirib ki, Fransada yüz il bundan öncə baş vermiş hadisələr gündəmə
gətirilir, lakin bundan da vacib Daglıq Qarabag münaqişəsi nəticəsində
köçkün düşmüş insanların vəziyyətindən danışılmır: “Dağlıq Qarabağdan qovulmuş
məcburi köçkünlərin məsələsi bu günə kimi həll olunmamış qalıb, onlar hələ də
öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Azərbaycan torpaqları hələ də
işğal altındadır. Fransada bu barədə heç kim danışmır. Hesab edirəm ki, türklər
də ermənilər kimi lobbiçiliyi inkişaf etdirməli, təzyiqlər göstərməli,
siyasətçilərlə müntəzəm müzakirələr aparmalıdırlar”.
Avropanı cənginə alan
“sarı jiletlilər” hərəkatı bu gün həmin dövlətlərin baş agrısına çevrilib.
Hakimiyyətin cəza tədbirləri də artıq işə yaramır. Sosial problemlərin
məngənəsində əzab çəkən və postsovet dövlətlərinə “demokratiya dərsi” keçməyə çalışan
bu dövlətlər faktiki olaraq özləri dalana dirəniblər.
Комментарии
Отправить комментарий