Xaos yaratmaq kimlərin maragındadır?






     Hazırda dünyanın bir sıra regionlarında sosial, iqtisadi və siyasi problemlər qabarıq şəkildə özünü göstərir. Avropada sarı jiletlilər dalgası, Amerika qitəsində kütləvi igtişaşlar, Şimali Afrika və Yaxın və Orta Şərqdə hələ də səngiməyən müharibələr və böyük köçkün kütləsinin səpələnməsi dünyanın nizamını dəyişib. İqtisadi, siyasi və sosial gərginliklərə baxmayaraq, Azərbaycan yerləşdiyi coğrafiyanın sabitlik məkanı kimi qalmaqdadır. Siyasi sahədə, eləcə də beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında Azərbaycanın yaxşı təcrübəsi örnək göstərilir.
Azərbaycan dövləti daxili imkanlar hesabına inkişaf etdikcə, uğur qazandıqca antiazərbaycançı şəbəkə və "beşinci kolon" da fəaliyyətini aktivləşdirir. Antiazərbaycançı şəbəkə zaman-zaman ölkəmizə qarşı “qara piar” kampaniyaları aparıblar. Bu kampaniyaların həm xaricdə, eyni zamanda ölkə daxilində eyni fiqurlar tərəfindən həyata keçirilməsi bu şəbəkənin  sifarişçilərini müəyyən etməyə imkan yaradır. Fikir verin, həmin dairələr ölkəmizdə aparılan uğurlu islahatlarla bağlı, eləcə də mühüm tədbirlərin keçirildiyi vaxt dezinformasiyalar yaymaqla, xarici KİV-də sifarişlə qərəzli, qeyri-obyektiv materiallar dərc etməklə bir məqsəd güdürlər - ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq.
Anti-milli qüvvələrin erməni lobbisinin dirijor çübugu altında fəaliyyət göstərdikləri sübut olunub. Bu kampaniyada bəzi beynəlxalq qurumlar eləcə də ABŞ və Qərb ölkələrinin bəzi dairələri və də fəal iştirak ediblər. Bu dairələr eyni ssenari üzərində işləyirlər:  Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti barədə, jurnalistlərə və QHT nümayəndələrinin guya peşə fəaliyyətinə görə “həbs edildiyi” ilə bağlı yalan, subyektiv mülahizələrdən ibarət, dezinformasiya xarakterli məlumatları dövriyyəyə buraxırlar. Bəzi faktları sadalayaq.
“Amnesty İnternational», «Fredoom House», «Article-19», «Human Rights Watch», «Sərhədsiz Reportyorlar», Transparency International təşkilatının Almaniya bölməsi bu kampaniyada xüsusi fəallıqları ilə seçiliblər. Azərbaycana qarşı həmişə qərəzli münasibətilə seçilən  ABŞ-ın “Washington Post” nəşri də bu çirkin kampaniyada onlara dəstək olub. Yalan, faktların təhrif olunması və ya məqsədli şəkildə təqdim edilməsi   ümumiyyətlə, bu nəşrin informasiya siyasətinə xas olan xüsusiyyətlərdir.  “Washington Post” ABŞ-ın müəyyən siyasi və monopolist dairələri tərəfindən dövlət başçılarına, ictimai-siyasi xadimlərə, biznes strukturlarına və hətta ayrı-ayrı dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunur və heç bir halda azad media nümunəsi hesab edilə bilməz. Azərbaycana qarşı beynəlxalq aləmdə dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Sorosun yuxarıda adları çəkilən şəbəkəyə maliyyə yardımı ayırması heç kəsə gizli deyil.
 “Beşinci kolon” funksiyasının daşıyıcıları da bu şəbəkənin tərkib hissəsidir. Artıq “beçinci kolon” erməni iş birliyinin fəaliyyəti də tam sübuta yetirilib. Bunu həmin dairələrin son dövrlərdəki gedişləri də təsdiqləyir. Emin Hüseynov, Emin Milli, Orduxan Teymurxan, Tural Sadıqlı bu şəbəkənin fəal üzvləri kimi antiazərbaycan kampaniyasında canfəşanlıq nümunəsi göstərirlər. Ölkə daxilində isə bu missiyanı Əli Kərimli realizə edir.
  

Bu siyasi buqələmunlar zaman-zaman “siyasi məhbus” adı altında spekulyasiyalar etməklə həm sifariş yerinə yetirirlər, həm də “maliyyə çəlləkləri”ni doldururlar. Son belə spekulyasiya Mehman Hüseynov üzərindən edilsə də sifarişləri sona çatdıra bilmədilər və böyük məyusluq keçirdilər. İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, barəsindəki cinayət işinin icraatına xitam verildi.  
   Şəbəkənin fəal üzvü Emin Hüseynov qardaşı Mehman Hüseynovun işinə xitam verilməsindən sonra şok keçirdi. Qardaşını siyasi alətə çevirməklə hətta cinsi azlıqların nümayəndələrinə  belə Avropa Şurasının dəhlizlərində qonaqlıq vermişdi ki, diqqəti özünə çəkə bilsin. Amma bu xitam qərarı onun planlarını alt-üst etdi. Orduxan Teymurxan və Tural Sadiqli də bu siyasi oyunbazlıqda uduzan tərəf oldular. Apardıqları “tualet kampaniyaları” da işə yaramadı.
  
Siyasi oyunbaz, xarici antiazərbaycançı şəbəkənin ən dələduz fiquru olan Emin Milli Mehman olayından dərhal sonra başqa varianta keçid etdi. Bu dəfə mitinq “strateqi” kimi.  Milli hisslərini itirmiş Emin Avropadan xarici və yerli iş adamlarına konkret əl açaraq pul dilənir. Bu günlərdə növbəti video müraciətində iş adamlarına onun çıxışını yaymaqdan ötrü avro (1000-10 min arası) göndərilməsini acizanə şəkildə yalvarıb. Emin Milli müxalifətin mitinqlərinin təşkilatı işinin partiya sədrlərinə həvalə etməyi də düzgün saymayıb. Bununla da özünü “mama müxalifət” sayan  Əli Kərimlini qəzəbləndirib.
 Anti-milli qüvvələrin əsas yedəkçisi olan Əli Kərimli də hazırda çaşbaş durumda qalıb. Siyasi spekulyasiya predmetinə çevrimək istədiyi Mehman Hüseynovun işinə xitam verilməsi  onun da işinə yaramayıb. Sifarişçiləri qarşısında hansı hesabat verəcəyini düşünür. Digər tərəfdən də mehriban düşmən oldugu Emin Millinin də mitinqlərlə baglı təşəbbüskar rolunda çıxış etməsi və açıq şəkildə bütün maliyyə mənbələrini əlinə keçirməyə cəhd etməsi onu halını təlx edib.
Görünən odur ki, bu dəfə də antiazərbaycançı şəbəkə ciddi xəyal qırıqlıgına ugradı. Hər biri öz çəkisində. Unutmamalıdırlar ki, Azərbyacanda xaos yaratmaq bu qüvvələrə və onları arxalarında dayananlara heç zaman nəsib olmayacaq.


Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir