Sosial dövlət modelinin ugurları







 Son 16 ildə Azərbaycan Prezidentinin vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasəti ümumən insan amilinin inkişafına təkan verib. Sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunmasına gətirib çıxarıb. Döv­lətin vətəndaş­ların həyati tələbatları­nın ödənil­məsinə göstər­diyi qayğı özü­nü bilavasitə sosial təminat sistemində biruzə verir.
Ölkə başçısının sosial-iqtisadi siyasətinin əsasında dayanan prinsiplərdən biri də respublikanın ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasıdır. Bu amili son illərin dövlət büdcəsinə nəzər salarkən aydın şəkildə görmək olar. 2019-ci ilin dövlət büdcəsindən sosialyönümlü xərclər büdcənin 33,4 faizini təşkil edir. Ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir. 2018-ci ildə 118 min daimi iş yeri yaradılıb. İxracın 36 faiz artması nəticəsində ölkəyə 8,6 milyard dollar vəsait daxil olub.


Davamlı inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi istənilən dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat təşkil edir. Müqayisə üçün deyək ki, Gürcüstanın dövlət büdcəsi bu il 4,8 mlrd.dollar, Ermənistanın isə 3,35 mlrd.dollar səviyyəsindədir. Azərbaycanın təkcə bu il müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsinə 3,37 mlrd. manatın ayrılması nəzərdə tutulub ki ( təxminən 2 milyard dollar), bu da 2018-ci illə müqayisədə 4,6% çoxdur. Bu rəqəm Azərbaycanın regionda siyasi, iqtisadi və hərbi gücünü əyani şəkildə  göstərir.
Müstəqil Azərbaycanın son illər davamlı inkişaf yolunda olması ilk növbədə, onun dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərində real əksini tapır. Iqtisadi mahiyyətinə görə dövlət maliyyəsi dövlətin və dövlət müəssisələri və təşkilatlarının pul vəsaitləri fondlarının yaradılması və onların geniş təkrar istehsalının davam etdirilməsi; əhalinin sosial-mədəni ehtiyaclarının ödənilməsi; ölkənin müdafiəsinin təmini; cəmiyyətin idarə edilməsi məqsədilə milli daxili məhsulun və milli sərvətin bir hissəsinin bölüşdürülməsi və yenidən bölüşdürülməsi ilə əlaqədar pul münasibətlərindən ibarətdir.

Cari ildə dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin həcmi bütövlükdə artıb, əhalinin rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.Sosial müdafiə sistemində yeni institut formalaşıb. Azərbaycanda bu sahədə ardıcıl islahatlar aparılır və bu islahatlardan biri də Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılmasıdır.
Bütşvlükdə, dövlət büdcəsindən sosial məqsədlərə bütövlükdə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
- ölkədə ehtiyac meyarının həddi 13 manat artırılaraq 143 manata,
- əhalinin sosial demoqrafik qrupları üzrə yaşayış minimum məbləğinin 173 manatdan 180 manata çatdlrılıb.
- Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər 262 milyon manata çatdırılıb ki, bu da cari illə müqayisədə 7 faiz çox deməkdir. Ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən birdəfəlik ödənişlərin verilməsi proqramı üçün 50 milyon manat vəsaiti ayrılıb. 2019-cu ildə təxminən 5000 köçkün ailəsinə yeni mənzillər veriləcək. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə isə 800 mənzil veriləcək, 7000 ailə özünəməşğulluq proqramından faydalanacaq. 
Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış «ASAN xidmət» mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış «müştəri məmnunluğu» ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir.
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda sosial mənzillərin tikilməsi prosesi də ugurla davam etdirilir. Bu qurumun əsas vəzifəsi aztəminatlı ailələrə əlverişli şərtlərlə mənzillərin verilməsidir. Bu layihə çərçivəsində satışa 260 mənzil çıxarılıb və evə ehtiyacı olanlar güzəştli mənzillərdən yararlanıblar.Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunub.Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq. Böyük yol layihələri, kənd yolları layihələri icra edilib. Bütün bunlar  ölkədə həyata ke­çi­rilən çoxşaxəli dövlət siyasətinin əsa­sın­da insan və şəx­siyyət amilinin dayan­dığını bir daha təsdiqləyir.
Prezident İlham Əliyev ötən 16 ildə modernləşməyə xidmət edən islahatları uğurla həyata keçirib. Dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini, tam müstəqil siyasət yürüdərək inkişaf etmiş ölklələr səviyyəsinə yüksəlməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. Ötən müddətdə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət iqtisadiyyatın davamlı inkiafı üçün zəmin yaradıb, makroiqtisadi tarazlığı təmin edib. Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Prezident İlham Əliyevin bilavasitə tapşırığı ilə biznes mühitinin yaxşılaşması istiqamətində son illərdə həyata keçirilmiş tədbirlər Dünya Bankının “Doing Business 2019” hesabatında yüksək qiymətə layiq görülüb, Azərbaycan dünyada ən islahatçı ölkə kimi tanınaraq 190 ölkə arasında 25-ci yerə yüksəlib.
Görülən işlər deməyə əsas verir ki, 2019-ci ildə də hökumət uğurlu fəaliyyətini davam etdirəcək, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyəcək. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü islahatlar kursu hər bir ölkə vətəndaşının yüksək rifah halının təmin olunmasına yönəlib və bu siyasət isə hər bir ölkə vətəndaşı tərəfindən birmənalı dəstəklənir.


Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir