Sorosun mənəvi övladlarının fiaskosu


 Sorosun mənəvi övladlarının (Orduxan Temirxan, Vidadi İsgəndərli, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Nahid Cəfərov və başqaları) bu dəfə Mehman Hüseynov üzərində qurmaq istədikləri siyasi şou da iflasa ugradı. Əvvəlcə “bloqer”in aclıq aksiyasına siyasi rəng vermək istəyən bu “dollar ovçuları”  Penitensiar Xidmət və Ombudsman Aparatının rəsmi məlumatını eşitcək havalandılar. Gözləntiləri də sabun köpüyü kimi havaya uçdu.  Məlum oldu ki, M.Hüseynov onları aldadaraq qida qəbul edir, sovqat alır, sağlamlıq durumu da ki şeş-beş vurur.
   Anti-milli qrupların öz iş metodlarını dəyişmək istəmədikləri, yeniləşmədikləri  bir daha təsdiqləndi. Əslində bu “dollar ovçuları”nın bir ali məqsədləri var: Azrbaycanda istənilən məsələdən öz maraqları naminə yararlanmaq. Nə bilim insan haqları pozulub, məhkum aclıq aksiyasl keçirib,  bunların hamısı bəhanədir. Hazırda Avropanın göbəyində - Brüsseldə, Londonda, Parisdə “sarı jiletlilərə” qarşı baş verən zorakılıqları görməzdən gələn bu “hüquq müdafiəçi”ləri Mehman Hüseynovdan bir siyasi alət kimi istifadə etməyə çalışırlar. Fikir verin, postsovet məkanında rəngli inqilablar yaratmaq məqsədilə pullar buraxan qoca Soros da bu qüvvələrdən hesabat tələb etdikdə onlar divara qısılmış pişik vəziyyətində qalırlar.
  Avropada məskən salaraq sosial şəbəkələr vastəsilə destruktiv çagırışlar edən bu anti-milli qüvvələr  Azərbaycanın imicinə zərbə vurmaga ugursuz cəhdlər edirlər. Xatırladım ki, xaricdə oturub kampaniya aparan bu siyasi buqələmunlar öz çagırışlarını ya hansısa hotelin tualetində, ya da ki küçədə guya ki, selfi çəkdirirmiş kimi  bir formada edirlər.Bu metodlarla insanlar arasında tərəfdar qazanmaq mümkün deyil. Azərbaycan xalqı kifayət qədər siyasi cəhətdən yetkindir. Öz ailə üzvlərinin qəbri üzərində ləyaqətsiz hərəkətlər etdirən və bundan siyasi divident qazanmaq istəyən bu ünsürlər hər gedişlərində özlərini rüsvay edirlər. Mehman Hüseynov üzərində qurulan növbəti siyasi oyunun bumeranq effekti verməsi onları daha böyük maliyyə itkisi ilə üz-üzə qoyub. Maliyyə sıxıntısında olan bu destruktiv qüvvələr artıq Mehman “ssenarisinin” alinmaması səbəbindən bir-birlərini günahlandırırlar. Görünən odur ki, sapı özümüzdən olan baltalar artıq öz-özlərini kəsirlər.


Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir