Siyasi alətə çevrilənlər: Bu dəfəki rolda Əkrəm Əylislidir



Əkrəm Əylislinin "Daş yuxular" romanı yanvarın 8-də (ingilis dilində) Vaşinqtonda təqdim edilib. Təqdimat mərasimində kitabı ingilis dilinə tərcümə edən Ketrin Yang, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, dövlət katibinin insan hüquqları və əmək üzrə köməkçisinin keçmiş müavini Tomas Melia qabaqcadan hazırlanmış mətnlər üzərindən çıxış edərək demokratiya barədə moizə oxuyublar. Təbii ki, eyni ssenari və bizlərə tanış olan notlar üzərində.
Tədbirdə məqsəd heç də milli heysiyyat hissini itirmiş Əkrəm Əylislinin həqiqəti danmaq yolu ilə fərqlənmək, «psevdoqəhrəman» obrazı yaratmaq kimi xəstə təxəyyülünün məhsulu olan “Daş yuxuları” ABŞ cəmiyyətinə təqdim etmək olmayıb. Mərasimdə çıxış edənlərin kitabın mahiyyətindən daha çox Azərbaycanda insan haqlarının vəziyyəti, bloger Mehman Hüseynov, jurnalist Mustafa Hacıbəyli üzərində spekulyasiyaları anti-azərbaycançı şəbəkənin növbəti sifarişindən xəbər verdi. Təqdimat mərasimində çıxış edən “demokratiya moizəçiləri”nin siyasi keçmişlərinə kiçik ekskursiya etməklə onların Azərbaycana xoş niyyətinin olmadıgını görmək mümükündür.
 1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç tərəfindən ABŞ-da, Avropada Azərbaycan əleyhinə dinləmələrin təşkil edilməsi, ölkəmizə qarşı mənafe qrupları tərəfindən qərəzli çıxışlar bu insanların idarə olunduguna şübhə yeri qoymur. Təkcə bir faktı xatırladım ki, 2016-cı ilin sentyabrın 15-də ABŞ Konqresinin İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr təşkil etmişdi. Dinləmələrdə jurnalist Xədicə İsmayıl, Türkel Kərimli (AXCP sədri Əli Kərimlinin oğlu) və ABŞ-ın ölkəmizdəki sabiq səfiri Riçard Kozlariç də çıxış etmişdilər. Tədbirdə cəmi 20 nəfərə yaxın adam iştirak etmişdi, konqresmenlərdən isə yalnız ermənipərəst Cim Makqavern müzakirələrə qatılmışdı. İştirakçılar sırasında ABŞ-dakı erməni lobbi qruplarının və diasporun təmsilçiləri də olmuşdu. Maraqlı məqmlardan biri isə, tədbirin video görüntüsündə erməni diasporunun fəallarından olan Armen Saakyanın (separatçı rejimin rəhbəri Bako Saakyanın oğludur) Türkel Kərimliyə yaxın əyləşməsi olmuşdu.
ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən təşkil olunan dinləmələrdə ABŞ dövlət katibinin insan hüquqları və əmək üzrə köməkçisinin keçmiş müavini Tomas Melianın ölkəmiz əleyhinə çıxışları, xaricdəki antiazərbaycançı şəbəkə üzvləri ilə birgə tədbirlər təşkil etmələri bu ünsürlərin birgə əməkdaşlıqlarından xəbər verir. Azərbaycanda arzuolunmaz şəxslərdən sayılan Tomas Melianın bu dəfə də Əkrəm Əıylisli üzərindən insan haqları məsələsində manipulyasiyası onun siyasi alət funksiyasını məharətlə yerinə yetirdiyini bir daha sübuta yetirdi. Tərcüməçi Ketrin Yangın isə Azərbaycandakı proseslərlə baglı diletant çıxışı yalnız acı isteza  dogurdu. Cənab faktlar bu çevrənin simmetriya mərkəzini tam müəyyənləşdirməyə imkan verir. Demək ki, anti-milli qüvvələri bu dəfə “Əkrəm müdafiəçiləri” adı altında ölkəmiz əleyhinə bəlli dairələrin  sifarişi əsasında bir araya yıgıldılar. Bu tədbirin də təbii ki, maliyyə rıçaqları arasında ABŞ-dakı erməni diasporunun rolu da danılmaz faktdır.
O ki qaldı, Əkrəm Əylisli və onu “Daş yuxuları”na onun kitabının ABŞ cəmiyyəti üçün hansısa əhəmiyyət kəsb edəcəyi aglabatan görünmür. Çünki ABŞ cəmiyyətində dövlətinə qarşı düşmən kəsilən şəxsi ancaq elektrik stoluna məsləhət görürlər. Vətəninə xəyanət edən bir insanın kitabı isə ümumiyyətlə qəbul olunmur. Azərbaycan hakimiyyəti isə milli hesiyyatdan uzaq, düşmən dəyirmanına su tökən bir şəxsə qarşı böyük humanistlik nümayiş etdirir.
“Daş yuxular”ın mahiyyəti barədə mətbuatda məlumat verilib. Qısa da olsa Əkrəm Əylislinin «Daş yuxular» adlı cızmaqarasına toxunmaq istərdim. Cızmaqarada müəllif erməni təəssübkeşliyi ilə milli həqiqətlərimizi inkar etmək, xalqımızı aşağılamaq, faciələrimizi danmaq, bütün gunahları azərbaycanlıların üzərinə atmaq kimi manqurt mövqeyi nümayiş etdirib. Xəstə təxəyyülün məhsulu olan bu cızmaqarda reallıqdan uzaq “mülahizələrlə” azərbaycanlılar millət kimi aşağılanıb, ermənilər isə uca xalq kimi qələmə verilib. Acınacaqlısı da budur ki, Əkrəm Naibov bütün günahları azərbaycanlıların üzərinə atdığı halda, erməniləri xeyirxah, məzlum, daim təqiblərə məruz qalan millət kimi qələmə verib, Qərbi Azərbaycandakı doğma yurdlarını tərk etməyə məcbur olmuş soydaşlarımızın barəsində nalayiq fikirlər işlədib.
“Daş yuxular”dan bir sitat gətirmək məncə bu insan və ona dəstək verənlərin xislətini açmaga imkan verir: «əgər hər bir öldürülən erməninin üzərində bir şam yandırılsaydı, bu şamların işığı ayın işığından parlaq olardı».
Xatırladım ki, Prezident İlham Əliyevin 7 fevral 2013-cü il tarixli sərəncamı ilə Əkrəm Əylisli (Naibov) «Xalq yazıçısı» fəxri adından və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilib.




Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir