Şəhərdə "parkomat qoçuları" peyda olub


Bakıda parkomat problemi aktual olaraq qalır. Yəqin ki, çoxlarınız şəhərin ən müxtəlif yerlərində fosfor jiletli şəxslərin maşınları bir ovçu kimi gözlədiklərinin şahidi olmusunuz. Başqa yerlərdə o qədər də gözə çarpmasalar da “İnşaatçılar” metro stansiyasının yan-yörəsində peşmansan maşın saxlamaga. Vəssalam. Elə bil yerdən çıxırlar. Ərazidə xüsusi quraşdırılmış parkomatlar olsa da, əllərində kustar formada hazırlanmış rəngli çubuqlarla düz adamın üstünə qaçırlar. Parkomata yaxınlaşmaga macal tapmırsan. Deyirlər ki, 20-30- qəpik bizə ver kifayətdir. O gün maşını saxlayıb 5-dəqiqəlik aptekə getdim, gəlib görürəm ki, yaşları haradasa 50-ni keçmiş (əməlli başlı hiss olunurdu ki, alkoqol qəbul ediblər) 2-3 nəfər maşının ətrafında dolaşır. Mən də başladım özümü naşı adam kimi göstərməyə. Deyirəm ki, nə lazımdır? Deyirlər biz pul yıganıq))) Dedim burda parkomat var da. Ora lazım olsa ödəyərəm. O saat sifətləri çöndü ki, parkomat nədir, buralar bizlikdir. Gördüm bunlarla danışmaq yersizdir. Uzaqlaşdım. Bax belə, şəhərdə “parkomat qoçuları” dolaşır ehtiyatlı olun))

Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir