Rusiyalı politoloq Stanislav Tarasov: “İyun ayında erməni tərəfi bəzi əraziləri qaytarmağa məcbur olacaq”
Rusiyalı politoloq Stanislav Tarasov Davosda Prezident
İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arsında keçirilən
qeyri-rəsmi görüşlə baglı news.am saytına açıqlama verib.
"Əliyev hədsiz sevincli, Paşinyan isə məzlum idi, çünki Əliyev
bu oyunu qazanır. Paşinyan isə deyir ki, Qarabağ danışıqlar tərəfi olmalıdır və bu
istiqamətdə heç bir addım atılmayıb. Hazırda onlar etimad tədbirləri haqqında
danışırlar. İstənilən ciddi, təhsilli konfliktoloq sizi başa sala, hətta
beynəlxalq əlaqələr fakültəsinin ikinci kurs tələbəsi də deyə bilər ki,
konfliktlərin həlli prosesində tərəflər o zaman etimad mexanizmlərinə başlamaq
və sülh haqqında danışa bilərlər ki, müəyyən mərhələlər keçsinlər, yəni əgər
öncəki mərhələlər keçilibsə, bu proses danışıqların üçüncü və ya dördüncü
mərhələsində baş verir.
Hazırda onlar üçüncü-dördüncü mərhələləri səsləndirirlər, ilkin
mərhələnin detallarını isə açıqlamırlar. Politoloq, həmçinin bildirib ki,
iyunda Paşinyan və İlham Əliyev Qarabağ ətrafında müqavilə imzalayacaqlar və
erməni tərəfi bəzi əraziləri qaytarmağa məcbur olacaq.
"Azərbaycan bəyan edir ki,
rayonların bir hissəsi geri qaytarılmalıdır. Onlar bunu açıq şəkildə deyirlər. Lakin Ermənistanın
nə etməyə hazırlaşdığı aydın deyil, erməni tərəfi səssizdir. Əgər erməni tərəfi
Azərbaycan tərəfi ilə bu haqda danışmasaydı, Əliyev Paşinyanla heç vaxt bənzər
şəkildə əlaqə qurmaz, müharibə və ultimatum dili ilə danışardı", - deyə o
fikirlərini yekunlaşdırıb.
Комментарии
Отправить комментарий