Prezident Ilham Əliyev : “Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın”
Dövlət
başçısı İlham Əliyev Bakının Qaradağ
rayonunun Qobustan qəsəbəsində yeni inşa
olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında Azərbaycanın
inkişafından danişdı: “Qobustan xəstəxanasının timsalında biz inkişafda olan
ölkəmizin dinamik addımlarını görürük. Bu gün Azərbaycan dünya
miqyasında seçilən ölkələrdəndir ki, burada həm iqtisadi, həm sosial və bütün
başqa məsələlər uğurla öz həllini tapır. Sosial məsələlərin arasında, əlbəttə
ki, səhiyyə sisteminin inkişafı xüsusi yer tutur. Çünki bizim siyasətimizin
mərkəzində Azərbaycan vətəndaşıdır və hər bir insan üçün onun sağlamlığı, onun
yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq
ki, bu sahədə bütün lazımi tədbirləri görək. Onu da bildirməliyəm ki, təkcə son
15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən
tikilib, ya da əsaslı şəkildə təmir edilib. Ölkəmizin hər bir şəhərində və ya
onların mütləq əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə
şəhərdə tikinti işləri davam edir. Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər
olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın”.
Комментарии
Отправить комментарий