Prezident İlham Əliyev: Ermənistanda qaniçən xunta rejimi hökm sürür
"Mən dəfələrlə demişəm ki, Ermənistanı kriminal rejim
idarə edir. İndi bunu erməni xalqı deyir. Onların keçmiş rəhbərləri
cinayətkardır, bu, sübut olunub. Onların qəhrəmanları qorxaqdır, onların
generalları oğrudur. Bax, budur, Ermənistanın indiki vəziyyəti. Müstəqilliyi
cəmi 27 ilə bərabər olan bir ölkəni əgər 20 il ərzində cinayətkarlar idarə
ediblərsə, onda bu ölkə haqqında təsəvvür yaratmaq o qədər də çətin deyil. Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol
var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq.
Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı
qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır".
Комментарии
Отправить комментарий