Prezident İlham Əliyev bloger Mehman Hüseynovla baglı tapşırıq verdi
Azərbaycan Respublikası
Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi
Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı açıqlama verib.
Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov 2019-cu il
yanvarın 20-də Azərbaycan Respublikasının Prezidentinə müraciət edib.
Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və
ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin
müdaxilə etməsini xahiş edib.
Bundan öncə, 2019-cu il yanvarın 18-də Mehman Hüseynovun
məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının
Prezidentinə müraciət ünvanlamışdır. Hüquq müdafiəçiləri baş vermiş insidentlə
əlaqədar süni şəkildə ajiotaj yaradıldığını, yalan məlumatların yayıldığını,
yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyini qeyd etmiş, Azərbaycan
Respublikası Prezidentinin yüksək humanizm prinsipinə daim sadiqliyini xüsusi
vurğulayaraq, Mehman Hüseynovun barəsində də mərhəmət göstərilməsini xahiş
etmişlər.
Müraciətlər Azərbaycan Respublikası Prezidentinin diqqətinə
çatdırılıb və cənab Prezident bu müraciətlərə dərhal reaksiya verib. Möhtərəm
Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə
vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində
humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması
üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan
Respublikasının baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident
hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.
Mehman Hüseynovla bağlı əvvəllər də humanist yanaşmanın
şahidi olmuşuq. Belə ki, o, cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat
etmiş anasının yas mərasimində iştirak etməyə buraxılmışdır.
Azərbaycan Respublikasının Prezidenti hər zaman bu cür
müraciətlərə həssaslıqla yanaşır, öz fəaliyyətində daim ədalət və humanizm
prinsiplərini rəhbər tutur və bütün dövlət məmurlarından da eyni yanaşmanı
tələb edir. Həmin siyasətin təzahürü kimi onlarla amnistiya aktlarını, əfv
haqqında sərəncamları göstərmək olar. Cəza siyasətinin humanistləşdirilməsi ilə
bağlı cənab Prezidentin son təşəbbüsləri minlərlə məhkumun azadlığa çıxmasına
zəmin yaratmışdır.
Комментарии
Отправить комментарий