Nikol Paşinyanın qara günü: orduda xidmət edənlərə qarşı səlib yürüşü başladı



Nikol Paşinyanın ötən ilin mayında hakimiyyətə yiyələnməsindən keçən dövrdə Ermənistan cəmiyyətinin deqradasiyası prosesi hər gün sürətlənir. Xarici siyasətdə oldugu kimi daxili siyasətdə də bir-birinin ardınca kobud səhvlər buraxan Paşinyan hökuməti artıq cəmiyyət tərəfindən də lag obyektinə çevrilib. Ordudakı korrupsiya, əsgərlərin normal qida və paltar sarıdan dözülməz şəraitdə olmaları artıq həlli mümkün olmayan problemə çevrilib. Bu günlərdə baş verən olaysa ölkədəki başıpozuglugun hansı həddə olmasına daha bir nümunə sayıla bilər.
Ermənistanın news.am sytının yaydıgı videomaterial Ermənisatan cəmiyyətindəki eybəcərlikləri bariz şəkildə göstərir. Belə ki, bir qrup şəxs avtomobillərlə çağırışçıları daşıyan avtobusu dayandıraraq onları maşından düşürtməyə çalışır və söyüş ifadələr işlədilir. Həmin qrup avtobusun qapısını təpikləyərək açıb, içəri daxil olur, əlbəyaxa dava gedir.
Ermənistan Müdafiə Nazirliyi isə məsələ ilə baglı gülünc bəyanat yayıb:  "Sözügedən məsələ ilə bağlı materiallar hazırlanır və cinayətkarların məsuliyyətə cəlb edilməsi istiqamətində işlər aparılır. Ermənistan Müdafiə Nazirliyi hesab edir ki, hadisənin iştirakçılarının əxlaqla baglı problemləri olub və onlara qarşı qanunla müəyyən edilmiş qaydada tədbirlər görüləcək”.
Görünən odur ki, söhbət burda hansısa əxlaqı normalardan getmir. Əsgər yaşı çatmış yeniyetmələrin avtobusdan zorla düşürdülməyə cəhd edilməsi,onların təhqir edilməsi bütövlükdə orduya olan münasibətin təzahürüdür. Konkret olaraq cəmiyyətdə orduda xidmət etməyin lazımsızlıgı bu gün çagırışçılara qarşı son hərəkətlərlə müşahidə olundu. Ermənistanda bir müddət əvvəl əsgər analarının kütləvi mitinqi, ardınca çagırış yaşına çatmış yeniyetmələrin valideyinlərinin öz övladlarını konkret Daglıq Qarabagda hərbi xidmət keçməmək tələbi ilə etirazlara qalxmaları vəziyyəti tam analiz etməyə imkan verir. Bu prosesin daha da dərinləşəcəyi hadisələrin gedişində özünü daha qabarıq şəkildə göstərəcək. Nikol Paşinyanın ac və səfil Ermənistanı bu gedişlə daha da tənəzzül edəcək.  

Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir