Mitinq-şousu bu dəfə də fiasko ilə nəticələnəcək


Özünü müxalifətin Milli Şurası adlandıran əslində isə antimilli qüvvələrin “beşinci kolon”u olan radikal dəstə şənbə günü mitinq keçirməyə hazlrlaşır. Artıq neçə gündür ki, Əli Kərimli sosial şəbəkədəki hesabından insanlara ənənəvi çağırışlar edir. Maraqlısı da odur ki, o bu dəfə də eynu ssenari, dəyişməyən müraciət forması ilə mitinq-şounun anonsunu verir. Əli Kərimli xarici anti-Azərbaycan qüvvələrdən aldığı qrantları realizə etmək üçün yenə də absurd teatr tamaşasının fəal aktyoruna çevrilib.
Əvvəlki mitinqlərə nəzər yetirdikdə, Milli Şuranın bu dəfəki mitinq-şousunun da ugursuz alınacagını qabaqcadan proqnozlaşdırmaq olar. Sosial şəbəkələr və media üzərindən uzun-uzadı aparılan təbliğatın sabun köpüyü effekti verməsi və insanların mitinqlərə gəlməməsi radikalları bir az da olsun düşündürmür.  Xalqdan uzaq düşən şablon və iftiralar üzərində qurulan çagırışlarla insanları bir araya yıgmaq qeyri mümkündür. Ancaq Milli Şura bu ugursuzluqlar seriyasını davam etdirməyə məhkumdur. Ona görə ki, xarıcı antimilli dairələr qarşısında öhdəlikləri var və ara-sıra aksiyalar keçirməklə müxalıfətçilik oyunu oynamalıdırlar.
   Heç bir sosial bazası olmayan Milli Şuranın mitinq şouları hər dəfə fiasko ilə nəticələnir. Səbəbsə Əli Kərimlinin direjorlugu altında keçirilən mitinqə ancaq qohum-əqrabanın toplanması və orada əxlaqdan, mənəviyyatdan uzaq küçə ifadələrinin işlədilməsidir. Siyasi aksiyanı əxlaqsızlıq məclisinə çevirən Əli Kərimlinin bu tədbirinə insanların dəstək verməsi təbii ki, mümkünsüzdür.  Mitinqlərdə  böhtan və yalan xarakterli çıxışlarla insanları çaşdırmağa çalışan bu radikal dəstənin üzvləri artıq öz-özlərini də ifşa edirlər. Milli Şura siyasi arenada yeri olmayan, insanlar tərəfindən qəbul edilməyən və Əli Kərimlinin monopoliyasında olan cılız bir qurum kimi tanınır. Əli Kərmlini isə Azərbaycan cəmiyyəti faktiki olaraq, Soros, Smit və digər antimilli qüvvələrin “beşinci kolon”unun ən fəal üzvü kimi tanıyır.
Əli Kərimlinin bu dəfə bloger Mehman Hüseynovu siyasi alət kimi istifadə edərək mitinqlərə insanları ətrafına yaga biləcəyini ehtimal etməsi onun dar düşüncəsini göstərir. Azərbaycan xalqı Emin və Mehman Hüseynov qardaşlarının dabbaqdakı gönünə də bələddir. Bu spekulyasiya ilə Kərimlinin insanları bir araya toplamaq qeyri-mümkündür.  
“Milli Şura"nın növbəti mitinqinə yenə də tərəfdar toplaya bilməyəcəyi gün kimi aydındır. Əvvəlki mitinqlərə yalnız qohum-əqraba gəlirdisə, bu dəfə onlar da artıq Əli Kərimlinin siyasi demaqogiyalarına qulaq asmayacaqlar.



Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir