Milli Şuranın rüsvayçı mitinqi: sifariş yerinə yetirilmədi





Milli Şuranın son mitinqinin də sönük və yeknəsək keçməsi bir daha radikal kəsimin cəmiyyət içərisində nüfuzunun olmadıgını tam təsdiqlədi. Müşahidələr göstərdi ki, mitinqə qatılan insanlar quruma daxil olan təşkilat rəhbərlərinin yaxın qohum-əqrabasından ibarətdir. Aksiyada kənar insanların iştirak etməməsi bir daha onu sübut etdi ki, Milli Şuranın keçirdiyi aksiyalara ictimai dəstək yoxdur. Bu dəfə də mitinqə gələnlərin Azərbaycan bayraqları ilə yanaşı Avropa İttifaqının da bayragınıı tutmaları Əli Kərimli və Milli Şura adlanan qurumda təmsil olunanların  konkret dairələrin sifarişlərinə adekvat addım atdıqlarına şübhə yeri qoymadı.
Əli Kərimlinin və onun trollar dəstəsinin sosial şəbəkələrdə apardıqları təbliğat kampaniyaları da  işə yaramadı. Mitinqə 10 minlərlə insanın toplanacaqları anonsunu versələr də Bakı Şəhər Baş Polis İdarəsinın yaydıgı rəsmi məlumata görə, toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. 
  Əli Kərimlinin monoloqu bu dəfə də eyni məzmunlu mətn üzərində qurulmuşdu, arada Mehman Hüseynovu yadına salaraq fikri ona yönləndirirdi. Hətta bu mitinq-şouya yolu keçən insanların münasibəti də birmənalı oldu. Aksiyada iştirak edənlər isteza edib keçirdilər. Maraqlı məqamsa İlqar Məmmədovla Gültəki Hacıbəylinin çox səmimi söhbətləri idi. Onların AXCP sədrinin danışıqlarına fikir verməmələri və harada olduqlarını unutmaları da gözdən yayınmadı. Mehman Hüseynov adı altında spekulyasiya edən Milli Şura üzvləri əslində etdikləri eybəcər hərəkətlərlə özlərin rüsvay etmiş oldular. Bir-birlərinin fikirlərinə qulaq asmayan və daha çox fərqli pozalarla şəkil çəkdirməyə can atan bu manqurtlar bununla da siyasi fiaskolarını şərtləndirdilər. 


Əslində Xalq Cəbhəsi, Müsavat, REAL partiyaları arasında fikir ayrılıgı aksiyadan əvvəl yaranmışdı. Mitinq zamanı bu daha aydın sezilirdı. Mitinqdən bir gün öncə Musavat başqanı aksiyanın yalnız Mehman Hüseynova görə keçirilməsini düzgün saymayaraq AXCP-dən əvvəl Bakı şəhər icra hakimiyyətinə onların müraciət etdiklərinin bildirmişdi. Bununla da Arif Hacılı Əli Kərimlinin həftələrdir davam edən virtual çagırışlarının mənasız olduguna işarə etmiş oldu. Əli Kərimli isə açıq aşkar Real-çıların nümayəndələrinin onlara virtual “cəbhədə” dəstək vermədiklərinə görə İlqar Məmmədovu günahlandırmışdı. İlqar Məmmədovun başını Gültəki Hacıbəyli ilə qatması Əli Kərimliyə olan saymazyana münasibətini sərgilədi. 
Milli Şuranın son toplantısı qurumun siyasi taleyini həll etmiş oldu. Qurumda təmsil olunan partiya rəhbərləri arasında ikitirəlik və yekdil mövqenin olmaması bu oyuncaq qurumun mahiyyətinin çürük oldugunu sübuta yetirdi. Bu dəfəki mitinq şousun sosial bazası olmayan və sifariş əsasında fəaliyyət göstərən radikal partiya rəhbərlərinin marianet funksiyalarını bütün cəmiyyətə göstərdi.



Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir