Əli Kərimlinin Mehman sevdası, yaxud da siyasətdə avantürizm
Əli Kərimlinin sosial hesabında Mehman
Hüseynovun müdafiəçisi statusunda çıxış etməsini hər kəs bir cür dəyərləndirir.
Radikal düşərgədə belə fikir formalaşıb ki, AXCP sədrinin indiki məqamda Mehman
sevdalısı ab-havası yaratması sırf spekulyativ maraqlara xidmət edir. Milli Şura isə by siyasi oyunda yenidən bir vasitə kimi Kərimliyə sərf edir.
Əvvəlcə Mehmanın aclıq
aksiyası keçirməsini tirajlayan Kərimli indi də “siyasi məhbus” adı altında
onun şərəfinə mitinqə adam yıgır. Bu arada Emin Hüseynovdan da Əli Kərimliyə sosial şəbəkələr vastəsilə
müvəqqəti dəstək hiss olunur. Əli Kərimlinin Emin Hüseynovla o qədər də yaxın
olmayan münasibətlərini xatırlasaq bu günkü “birgəliyin” mövsümi xarakter
daşıdıgını müəyyənləşdirmək olar.
Emin
Hüseynov bir müddət əvvəl müxalifət
daxilində qarşıdurma yaratmaga hesablanan bir seçki praymerizi keçirmişdi. Bu hal müxalifəti bir-birinə qarşı qoymuşdu. O
vaxt Emin Hüseynov "Facebook"da onlayn "seçki" keçirdi.
Səsverməyə müxalifəti təmsil edən partiya sədrləri və birlik rəhbərləri çıxarıldı. Müsavatın
keçmiş başqanı İsa Qəmbər "yarımfinal"da mübarizəni dayandırdığından,
növbəti mərhələdə AXCP sədri Əli Kərimli ilə REAL-ın rəhbəri İlqar Məmmədov yarışmışdı.
Nəticədə Əli Kərimli İlqar Məmmədova onlayn seçkidə uduzdu. Bu isə
Emin Hüseynovu Əli Kərimliyə düşmənə çevirdi.
Azərbaycan vətəndaşlıgından imtina edən Emin
Hüseynovun qardaşını siyasi alət kimi hazırda Əli Kərimlinin əlinə verməsi onun
xaricdəki agalarına faəl bloqer, həqiqi antiazərbaycan mövqeli fiqur kimi
gşstərdiyini sübut edir. Şübhəsiz ki, Əli Kərimli, Emin Hüseynov və Mehman
Hüseynov üçbucagının bir-birlərinə patoloji nifrətləri bu birliyin müvəqqəti oldugunu
sübuta yetirir. Heç bir müvafiq təhsili və təcrübəsi olmayan, əvvəl RATİ-də,
sonra AXCP və Müsavatın dəhlizlərində sümsünən Mehman Əli Kərimli üçün bu gün
siyasi alət funksiyasını yerinə yetirir. Bir vaxtlar həmin yeri Leyla Yunus,
sonra Vidadi İsgəndərli, Orduxan Temirxan tuturdu.
Orta statistik
azərbaycanlı azacıq analız etməklə Əli Kərimlinin çox primitiv, Qərbin bəlli antimilli
qüvvələrinin sifarişi ilə zaman-zaman müəyyən fiqurlardan istifadə etməklə öz
cibini doldurmasını müəyyən etmiş olar. Özünü "kreativ” göstərən Emin Hüseynovun
sosial şəbəkələr vastəsilə insanların hissləri ilə oynamağa çalışması, sosial
ədalət “müdafiəçisi” rolunda çıxış edərək Əli Kərimliyə yaxın oldugunu
gşstərməsi isə Don Kixotluqdan başqa bir şey deyil. Əli Kərimli indiki məqamda bir
şox məsələləri unudub özünü “korluga”
qoyması da başadüşüləndir. Vaxtilə Rəsul Quliyev belə bir fikir işlətmişdi:
"Əli Kərimli kimisə tərifləyirsə, deməli, o insan aldanıb".
Hazırda
Əli Kərimlinin siyasi tilovunda Emin və Mehman var. Onların da da adından spekulyasiya
edərək insanları mitinqə çagırması heç bir nəticə verməyəcək. Çünki bu üçbucagın
arxasında olan elektoratın sayı 100-ötmür.
Комментарии
Отправить комментарий