Əli Kərimli mifomaniyası
Sosial şəbəkələrdə bir qrup radikalın vətəndaşları
itaətsizliyə çagırması, qanunlara hörmətsiz yanaşmaları bu kəsimin çirkin siyasi
maraqlar güddüyünü təsdiq edir. Bu radikal kəsim
sosial şəbəkələr və media üzərindən apardıqları təbliğatları nəticəsiz olsa da
hələ də rəhbərlərinin utopik vədlərinin təsiri altında nəyəsə nail olacaqlarına
ümid edirlər. Son vaxtlar həmin radikal qrup mitinq öncəsi daha aktiv fazaya
keçiblər. Bu qaraguruhun başında isə demokrat libası geyinmiş Əli Kərimli və
onun trollar dəstəsi dayanır.
Uzun-uzadı
19 yanvar mitinqinin möhtəşəm olacagı barədə sosial şəbəkələrdə apardıqları
təbligat nəticəsiz oldu. Radikalların gözlədikləri kütləvilik alınmadı. Şablon
və iftiralar üzərində qurulan çıxışlar radikalların 90-cı il təfəkküründən
uzaga getmədiyini bir daha təsdiqlədi. Məlum oldu ki, mitinqə təşrif buyuran
radikalların əksəriyyəti muəyyən pul müqabilində aksiyada iştirak ediblər. Milli
Şuranın mitinqi birbaşa Qərbdəki antiazərbaycan dairələrinin sifarişi əsasında
oldugu ancaq “beçinci kolon” təmsilçilərinin bu tapşırıqları da sonadək yerinə
yetirmədikləri bəlli oldu.
Yanvarın 19-dakı mitinq ugursuzluqlarını 20-yanvar-Ümumxalq
hüzn günundə şəhidlərimizi ruhuna hörmətsiz davranışları ilə davam etdirən Əli
Kərimli tərəfdarları bununla da siyasi aksiya keçirmək qabiliyyətində
olmadıqlarını göstərdilər. Bu fakt radikal qrupların kütləvi aksiya təşkil etmək
imkanlarının məhdudlaşdırılmasını və qeyri-demokratik hərəkələrinə huquqi
qiymətin verilməsini zəruru etdi. Bütün bunlar nəzərə alınaraq Kərimli dəstsinə
haqlı olaraq 26 yanvar mitinqinin keçirilməsinə razılıq verilmədi.
Artıq Əli Kərimli və onun trollar dəstsi sosial
media üzərindən hücumlara başlayıblar. Əli Kərimli sponsor dəstəkli video
müraciətində gülünc bəyanatlar səsləndirib. Belə ki, 26 yanvar mitinqinə icazə verilməməsini öz
aləmində hakimiyyətin qorxması kimı qiymətləndirib. Milli Şuranın icazəsiz mitinqlərə çıxmaga isə hazır
olmadıgını qeyd edib. Qeyd edim ki, Əli Kərimli sosial şəbəkələr üzərindən trollar
dəstəsi ilə birgə apardıgı təbligatın nəticəsi olaraq “Məhsul” stadionu kimi böyük
arenaya cəmi 2800 insan yıga bildi. Bu qədər təbligatdan sonra kiçicik
elerktoratla siyasi aksiyaya çıxan bir qrupdan hakimiyyətin qorxması kimi
absurd yanaşma ancaq Əli Kərimlinin aglına gələ bilərdi. Xatırladaq ki,
Azərbaycanın elə şəhərləri, hətta kəndləri var ki bir toy məclisinə bundan da artıq
insan gəlir. Şuraya daxil olan 10-a
yaxın təşkilatın aksiyaya bu qədər qüvvə çıxarması Kərimlinin müxalifətin güclü
olması barədə iddialarını alt-üst etdi.
27 ildir ki, Azərbaycanda müxalifətində fəaliyyət
göstərirsiz və çoxsaylı mitinqlər keçirmisiz. Sual olunur: mitinqlərdə nə əldə
etmisiz! Heç nə. Nə taktika dəyişib, nə də ki, strategiya. Eyni simalar, eyni
dəsti-xətt, şablon monoloqlar. Əli Kərimli üçün mitinq
eyforiyası yenə də onun əsas kredosuna çevrilib. Yenə də sosial media üzərindən
yalnız öz təbligatını qurmaqla yerdə qalan müxalifət partiya sədrlərini yada
belə salmır.
Onun üçün siyasi aksiyalar kimilərinsə adından spekulyasiya etməklə pul
qazanmaq, müxalifətçilik imicini saxlamaq və antiazərbatcan şəbəkənin bir nömrəli
marioneti oldugunu göstərməklə tamamlanır. O ətrafdakılarına yalanlarını
həqiqət kimi göstərməklə çirkli yollarla əldə etdikləri maliyyə vəsaitlərini
həzmdən keçirir. Əli Kərimli tərəfindən
aldadılanlar və onun mifomaniyasının qurbanına çevrilənlər isə bu gün sadəcə
itirdikləri zamana heyfislənirlər.


Комментарии
Отправить комментарий