Əli Kərimli antimilli qüvvələrin sifarişçisi rolunda
Milli
Şuraya daxil olan mənafe qrupları Bakı şəhər icra hakimiyyətindən şənbə günü
mitinq keçirməyə razılıq alıblar. Yenə də eyni ssenari, ənənvi populuzm və
antimilli qüvvələrə yönəlik mesajlar mitinq öncəsi səsləndirilir. Bu dəfə də mitinq
oyununun baş rolunda Əli Kərimli çıxış edir. O öz facebook səhifəsində mitinqabagı
çagırışında Xədicə İsmayılın
aclıq keçirməsindən başlayıb birtəhər də də olsa bloger Mehman Hüseynovda
qurtarıb.
Sosial bazası olmayan
Milli Şuranın bu dəfəfki mitinqinin də eyni ssenarı üzərində quruldugunu nəzərə
alsaq yenə sönük və fiasko ilə nəticələnəcəyini əminliklə proqnozlaşdırmaq
olar. Əli Kərimli son günlərdə sosial şəbəkədəki hesabında gah Avropa
parlamenti, gah da Avropa Şurasına hesabat verici açıqlamalarını analiz etdikdə
onun antiazərbaycançı şəbəkənin sifarişini yerinə yetirdiyinin şahidi oluruq. Faktiki
olaraq Əli kərimli üçün mitinqin bir siyasi aksiya kimi baş tutması maraqlı
deyil. O daha çox araqarışdırmaq, ətrafındakı müəyyən qruplar vastəsilə polisə
qarşı təxribatçı hərəkət etməklə səs-kuy qaldırmaq istəyir. Bununla agalarına göstərmək
istəyir ki, baxın ha “işləyirəm”. Uzaq olmayan tarixi keçmişdə bunun dəfələrlə
şahidi olmuşuq.
Əli Kərimli mitinqdə bu
dəfə nə qədər bacarırsa o qədər də avanturist meyillərdən istifadə edəcək. Bununla da öhdəlik götürdüyü və qrantlar
aldıgı dairələrin qarşısında missiyasını yerinə yetirdiyini göstərməyə
çalışacaq. Sıravı Milli Şura üzvləri də bu siyasi oyunlarıın sadəcə alətinə çevriləcəklər.
Xədicə İsmayil, Mehman Hüseynov və digər fiqurlar isə bir vasitədir. Onlar Əli
Kərimlinin heç vecinə belə deyil.
Комментарии
Отправить комментарий