Fırıldaqçılar indi də bu yola əl atdılar....


  Qonşu Gürcüstanda 130-a yaxın insanın H1N1 virusuna (donuz qripi) yoluxması Azərbaycanda da insanlarda narahatçılıq yaradıb. Təəssüflər olsun ki, belə məqamlardan sui-istifadə edən insanlar tapılır. Medicina.az-ın verdiyi məlumata görə, bir neçə gənc əllərinə bir aparat götürərək binaların qarşısını gəzir. Onlar bloklara girərək guya "donuz qripi”nə qarşı dezinfeksiya apardıqlarını deyirlər. Həmin şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edir, bunun qarşılığında isə 2 manat pul istəyirlər.Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu barədə göstəriş vermədiyini bildirib. Müvafiq qurumların məsələni nəzarətə götürməsi son dərəcə vacibdir.

Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir