Faşist və xaşistlərdən ibarət Paşinyan komandası



   Ermənistanda son hakimiyyət dəyişikliyi kriminal, qaniçən xunta rejiminin formaca yeni tipini cəmiyyətə təqdim etdi. Beynəlxalq qurumların for-post, marionet Ermənistanın yeni hakimiyyətinə münasibəti 20 il öncə necə idisə eləcə də qaldı. Artıq erməni təəssübkeşliyi  son parlament seşkilərində də özünü göstərdi. Fikir verin,  hakimiyyəti zorakı yolla zəbt etmiş kriminal dəstə 5 faiz də səs yığa bilmədi. Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar baş verən biabırçı mənzərəyə göz yumdular.
  Növbədənkənar parlament seçkilərindən sonra Nikol Paşinyanın kriminal dəstəsi ilə opponentlər  arasında baş verən qarşıdurma və onlara qarşı səlib yürüşü beynəlxalq qurumların yenə də gözündən yayındı. İnsan hüquqlarını əldə bayraq edən demokratiya sələmçiləri olan -  "Amnesty İnternational", "Fredoom House", "Article-19", "Human Rights Watch", "Norveç İnsan Haqları Evi" kimi təşkilatlar hesabatlarında bircə kəlmə də olsun Ermənistandakı vəziyyətdən narahat olmadılar. Bu qurumlar vaxtilə  Azərbaycanla bağlı ifrat qərəz, reallıga uygun olmayan məlumatları yaydıqlarını nəzərə alsaq Ermənistandakı proseslərdə susqunluq nümayiş etdirmələri bir daha bu qurumların erməni diasporu və lobbisi tərəfindən idarə olundugunu göstərdi.
Təbii ki, onlar da çox yaxşı anlayırlar ki Ermənistanı kriminal, faşist rejim idarə edir. Nikol Paşinyan hökumətində təmsil olunan fiqurlara nəzər yetirmək kifayət edər ki, erməni xalqının kimlər tərəfindən idarə olundugunu görəsən. Dövlət idarəçiliyindən bixəbər olan bu “kadr”lar günlərini dövlət işləri ilə deyil maraqlı xobbi saydıqları işlərlə keçirirlər. Ermənistanda nəşr edilən “Qraparak” (“Meydan”) qəzetinin yazdıgı xəbərə görə, Nikol Paşinyanın “Mənim addımım” blokunun nümayəndələri və nazirlər tez-tez bir yerə toplaşıb xaş yeyirlər. Elə dövləti məsələlərini də oradaca həll edirlər. Cinayətkarlardan, DJ-biznesmenlərdən, manyak və faşist ideologiyasına xidmət edən kriminal xunta rejiminin aparıcı simalarına nəzər yetirək.
Smbat Qoqyan- Ermənistan Ali Attestasiya Komissiyasının rəhbəridir. Bu şəxs vəzifəyə təyin edilən zaman sosial şəbəkələr çalxalandı. Ermənistan cəmiyyətində  faşist, manyak, mavi və özünü idarə edə bilməyən insan kimi xarakterizə edilən bu şəxsin şəkillərinə baxmaq onun haqqında rəy formalaşdırmaga imkan verir.
Ermənistan baş nazirinin müavinin müşaviri, ölkənin Odessadakı keçmiş konsulu, "Jorik" kimi tanınan cinayətkar Georgi Muradyan. G.Muradyanın adı vaxtaşırı KİV-də polisin həftəlik hesabatlarında çıxıb: o, narkotik alveri ilə məşğul olub və böyük miqdarda kokain qaçaqmalçılığına görə azadlıqdan məhrum edilib. Azadlığa çıxandan sonra Ermənistan parlamentinin sədri, sonradan ölkənin baş naziri olan Ovik Abramyan onu yaxşıca himayə edib. Bununla da narkotik alverini genişləndirməyə imkanları artıb.
Ermənistanın yeni mədəniyyət naziri Lilit Makunts. Bu nazir özünün "Facebook" səhifəsində "Mədəniyyət mənəm, o, hər birimizdə olduğu kimi, həm də məndədir" yazması sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olmuşdu. Erməni cəmiyyətində agıldan kəm şəxs kimi qəbul edilən  L.Makunts müxalif Erməni Milli Konqresi üzrə N.Paşinyanın keçmiş silahdaşlarındadır. Yaxınları ona  dəli Lilit də deyirlər.
   Hökumət aparatının rəhbəri Eduard Ağacanyan.  DJ Ed Ward kimi tanınan bu şəxsin hökumət aparatının rəhbəri vəzifəsinə təyin olunması şok yaratmışdı. Bildirilir ki, E.Ağacanyanın atası İrəvanda elit restoran sahibidir, elektrik cihazlarının satışı üzrə böyük ticarət zəncirində pay sahibidir. Nikola vaxtında böyük maliyyə yardımı edib. Buna görə də oglu DJ-likdən siyasətə tullanıb.
  Göründüyü kimi, faşist və xaşistlərdən ibarət Nikol Paşinyan hökuməti belə bir “potensial” ilə parlaq Ermənistan qurmaq arzusundadırlar. Dövlət idarəçiliyində səriştəsi olmayan bu eşalonun taleyin ümidinə fəaliyyətlərinin sonu yaxşı görünmür.

Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir