Ermənistanda əsgər və zabitlər etirazlara qalxıb
Ermənistan ordusunda xidmət
etmiş zabit və əsgərlər Nikol Paşinyan hakimiyyətinə qarşı etirazlara
qalxıblar. Xüsusilə dördgünlük aprel döyüşlərində iştirak etmiş və yaralanmış hərbçilər
agır sosial şəraitdən narazılıqlarını bidirirlər. Madagiz yaşayış
məntəqəsindəki 33651 nömrəli hərbi hissədə qulluq etmiş və aprelin 4-də Talış
yaşayış məntəqəsində yaralanmış erməni hərbi qulluqçu Edik Martirosyan mövcud
Paşinyan hakimiyyəti tərəfindən ona heç bir diqqət göstərilmədiyini deyib. Edik
Martirosyan həyat yoldaşı Leyla Kirakosyanla Yeğeqnadzor şəhərində kirayə
yaşayır və səhhətində problem olmasına baxmayaraq hərbi hissədə işləyir.
Aravot.am saytına müsahibə verən hərbi qulluqçu bir sıra problemləri olsa da, bu illər ərzində ona heç kim heç bir
köməklik göstərilmədiyini bildirib. Paşinyan hökuməti tərəfindən heç bir
məsələdə ona yardım edilmədyini bildirən Martirosyan, qeydiyyatda olduğu rayon
rəhbərliyindən də heç bir köməklik almadığını qeyd edib. Yeni ailə quran
aprel döyüşləri iştirakçısının sosial-məişət şəraitinin olduqca ağır olduğu
qeyd edilir. O, adına bir çox kreditlər olduğunu və ödənişli təhsil aldığını
vurğulayıb. O, bir az daha rahat iş tapması üçün dövlət qurumlarına dəfələrlə
müraciət etdiyini, lakin heç bir köməklik göstərilmədiyini qeyd edib. Matirosyan yaxın vaxtlarda aprel döyüşlərində
iştirak edən yoldaşları ilə birlikdə aksiyalar keçirəcəklərini bildirib.
Xatırladaq ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistan
Silahlı Qüvvələri
təxribatçı hərəkətlər edərək yaşayış məntəqələrimizi atəşə tutmuşdular. Tarixə dördgünlük müharibə kimi düşmüş aprel
döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli
döyüşlər idi. Müzəffər Azərbaycan Ordusu düşmən təxribatının qarşısını
alaraq əks-hücumla 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik
tərəfindən təbii qəbul olundu. Ən qısa zamanda düşmən təxribatının qarşısının qətiyyətlə alınması və
Silahlı Qüvvələrimizin sürətlə irəliləməsi Ermənistan başda olmaqla onun
himayədarlarını da təşvişə saldı. Döyüşlər Azərbaycan
Silahlı Qüvvələrinin qələbəsi
ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər
və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. 5 apreldə
hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən
atəşkəs müqaviləsi imzalanmışdır.
Комментарии
Отправить комментарий