Ermənistanda qatillər azadlıga buraxılır



Ermənistanda aksiyaların yeni dalgası başlayıb. Bu gün Nikol Paşinyan rəsmən baş nazir kimi təsdiqlənsə də əsas diqqət İrəvan Dövlət Tibb Universitetinin sabiq tələbəsi İosif Ağacanovun qatili Mqer Yenokyanın sərbəst buraxılmasına qarşı aksiyaya yönəlib.
News.am saytının məlumatına görə M.Yenokyan İ.Ağacanovu qətlə yetirdiyinə görə ölüm cəzasına məhkum edilmiş, daha sonra cəzası ömürlük həbslə əvəzlənmişdi. Cinayət tələbə Aram Arutyunyanla birlikdə törədilib. Cinayəti törətdikdən sonra adıçəkilən şəxslər yeniyetmənin cəsədini parçalayıb çantalarda gizlədiblər və onları zibillikdə qoyublar.
Artıq M.Yenokyanın azad edilməsinə qarşı imza toplama aksiyası başladılıb. Aksiyaçılar qatillərin azadlıga buraxılmasının əsas günahını hazırkı hakimiyyətdə görürlər.


Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir