Erməni təxribatı davam edir



Gürcustanda 20 yanvar tarixində Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçi Mixail Avaqyanın büstünün açılışı orada yaşayan azərbaycanlıların hiddətinə səbəb olub.
Gürcüstan Azərbaycanlıları Milli Konqresinin (GAMK) sədri Əli Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, abidənin açılması azərbaycanlıların haqlı narazılıgına səbəb olub: “Bunu Gürcüstan və Azərbaycan arasındakı münasibətlərə xələl gətirməkdə maraqlı olan qüvvələr təşkil edib. Abidənin məhz 20 yanvar tarixində təntənəli şəkildə açılması da təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı həmin gün 20 Yanvar şəhidlərini yad edir. Mixail Avaqyana abidənin qoyulması erməni separatçılarının Gürcüstanda ilk təxribatı deyil”.


Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir