Erməni təəssübkeşliyi ikili standartlara çevriləndə
Müstəqil
xarici siyasət yürüdən, mürəkkəb beynəlxalq
münasibətlər sistemində milli maraqlarını layiqincə qoruyan Azərbaycana qarşı
bəzi dövlətlər və beynəlxalq qurumlar “təzyiq rıçaqları”nı yenidən işə
salıblar. Azərbaycanın Cənubi Qafqazda faktiki güc mərkəzinə çevrilməsi ilə barışa
bilməyən bu qüvvələr narahatlıqlarını müxtəlif formada nümayiş etdirirlər. Bu
cərgədə yer alan yerli antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində,
uzun illər antiazərbaycan mövqeyində dayanan və ölkəmizə qarşı kampaniyalarda
xüsusi canfəşanlıq göstərənlər daha da fəallaşıblar. Həmin qüvvələrin simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan
üzərində kampaniya aparırlar. Təəssüflər olsun ki, Azərbaycanı hədəf seçən bəzi
beynəlxalq qurumlar və onların yedəkçiləri Ermənistanda baş verən antidemokratik
hadisələri ya görməzdən gəlirlər və ya da ki, oradakı xaosu demokratiya “yolunda”
atılan addım kimi səciyyələndirirlər.
Prezident İlham Əliyev ötən ilin yekunlarına
həsr edilmiş iclasda diqqəti bu məsələyə çəkərək qeyd etdi ki, dünyada və
bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli inkişaf edir. Ermənistanda iyirmi il ərzində
kriminal, qaniçən xunta rejiminin hökm sürdüyünə diqqəti yönəldən dövlət
başçısı bəzi beynəlxalq təşkilatların buna göz yumdugunu aydın şəkildə göstərdi.
“İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda
saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq
təşkilatlar müsbət rəy verirlər. Axı, son parlament seçkiləri göstərdi ki,
hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu
hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran
kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa
Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər
beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar
bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki,
erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz
yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada
hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki,
Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox
siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində
rüşvət amili birinci yerdə idi”.
Son illərdə syasi riyakarlıgın, saxta iddialarla
digər dövlətlərə təzyiq göstərmək cəhdlərinin aşkar müstəviyə keçməsi Avropada demokratik
dəyərlərə ikili standart yanaşmanı tam təsdiq edir. Özlərini “demokratiya məbədi”
sayan Avropa dövlətləri istər insan hüquqlarına,
istərsə də tarixi hadisələrə həqiqət və ədalət mövqeyindən deyil, sırf geosiyasi
maraq prizmasından yanaşırlar. Təəssüf
doğuran haldır ki, bu gün hansısa təəssübkeşliklə Ermənistanın beynəlxalq hüquq
normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsini etiraf etmək
istəməyən bu demokratiya oyunçuları Azərbaycandakı xırda çatışmazlıqları süni
şəkildə şişirdir, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik
proseslərə, antihumanist, zorakı addımlara isə göz yumurlar. Ermənistanda təkcə
son bir neçə ildə baş verənləri xatırladaq.
İrəvanda S.Sarkisyan
rejimini süpürüb atan və total saxtakarlığa yol verən Nikol Paşinyanın kriminal
dəstəsi saxta seçkilər keçirir, beynəlxalq qurumlar buna susur. Qatı cinayətkar
qrupun liderləri, faşizm ideologiyasına açıq rəgbət göstərən və onu təblig edən
şəxslər yüksək postlara gətirilir, beynəlxalq təşkilatlardan səs çıxmır. İrəvanın
mərkəzində sabiq deputat Manvel Qriqoryanın azadlığa
buraxılmasına etiraz olaraq neçə günlərdir ki, aksiya keçirilr, polislərlə
etirazçılar arasında toqquşma baş verir Avropa Şurası, Avropa parlamenti elə
bil ki, Ermənistan adlı məmləkətdən xəbərləri yoxdur. Sosial problemləri pik
həddə olan, xarici dövlətlərin dilənçi payına möhtac olan Nikol Paşinyan
hakimiyyəti rejimin əvvəlki liderləri - R.Koçaryan, S.Sarkisyan və digərlərinə
qarşı amansız usullarla mübarizə aparır və xuntanın tərəfdarları arasında
kriminal hadisələr yaşanır və bu Avropada eşidilmir. Hər bir xırda məsələni
şişirdib dövlətlərə qarşı təzyiq vastəsi kimi hərəkətə keçirən Avropa Şurası, Avropa
parlamentinin Ermənistana yönəlik hər hansı addım atmamasının bir adı var - ikili
standart. Ermənistanda hakimiyyəti zorla zəbt etmiş kriminal xunta rejiminin
süqutunda bu ölkənin işgalçılıq siyasəti də mühüm rol oynayıb.
Qərbin
demokratiya oyunçuları Ermənistanda baş
verənləri qulaq ardına vururlar. Azərbaycan torpaqlarının 20 faizindən çoxunun
Ermənistan tərəfindən işğalını rəsmən etiraf edən BMT-nin Təhlükəsizlik
Şurasının 4 qətnaməsi isə Avropada nədənsə "xatırlanmır". Avropa Parlamenti saxta «erməni soyqırımı»nı tanıdıqları halda,
1992-ci ilin fevralında dünyanın gözü qarşısında törədilmiş Xocalı soyqırımına göz
yumurlar. Halbuki, ötən əsrin əvvəllərindən fərqli olaraq 90-cı illərdə azərbaycanlı
əhalinin məhz milli-etnik zəmində ermənilərin soyqırımına məruz qalması konkret
fakt və sənədlərdə təsdiqini tapır. “İkili standart”ların əsirinə çevrilənlər hadisələrə
qərəzli kontekstdən siyasi qiymət verməyə çalışsalar da Azərbaycan bu cür primitiv
təzyiq metodlarını qəbul etmir.
Son bir neçə həftədə Avropa İttifaqının bir sıra
ölkəsində geniş vüsət alan “sari jiletli”lərin tətilləridə hökumət qüvvələrinin aksiya
iştirakçılarına qarşı ən amansız metodlardan istifadə etməsi demokratiya oyunçuları
tərəfindən sükutla qarşılanır. Fransa, Böyük Britaniyada, Belçikada keçirilən
irimiqyaslı aksiyalarda insanların dəyənəklərlə vəhşicəsinə döyülməsi,
gözyaşardıcı qaz və s. vasitələrdən istifadə edilməsi, xüsusi təlim keçmiş
itlərlə qovulması, atların ayaqları altına salınması dünyanın gözü qarşısında
baş verir. Bu günlərdə Fransada sarı jiletlilərlə polis arsında baş vermiş
toqquşmalarda 240 nəfər həbs edilib, 24 nəfər agır xəsarət alıb. Beynəlxalq
qurumlardan hələ də reaksiyalar gəlmir....
Avropanın bəzi dövlətləri və beynəlxalq qurumlar demokratiyanı
əldə bayraq edərək öz geosiyasi və iqtisadi maraqlarını təmin etməyə
çalışırlar. Əksər hallarda isə "demokratiya", "insan
hüquqları" kimi sivil dəyərlərə istinad edərək müəyyən dövlətlərə qarşı ikili
standarlardan çıxış edirlər. Azərbaycana təsir və təzyiq göstərmək istiqamətində
uğursuz cəhdlərin qarşısı isə həmişə alınıb və bundan sonra da qətiyyətlə
alınacaq.
Комментарии
Отправить комментарий