Erməni politoloqdan etiraf: “Bu gün bizim ölkəmizdə nə baş verdiyini xarakterizə etmək çətindir”



 Erməni politoloq Sergey Şakaryants Parisdə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarov arasında baş tutan görüşlə baglı bir sıra nüanslara toxunub. 
İrəvan KİV-lərinə verdiyi açıqlamasında o bldirib ki, Paris görüşü haqqında çox bəyanat olmayıb və əsas məsələ ölkə rəhbərlərinin rəsmi görüşünə nail olmaq üçün işlər görülür. “Yalnız iki nəticə barədə məlumat verilib. Birinci məlumat ondan ibarətdir ki, fevral ayında da eyni səviyyədə görüş gözlənilir. İkinci məlumat isə iki ölkə rəhbərlərinin görüşünə də nail olmaq üçün işləri davam etdirəcəklərindən ibarətdir”, - deyə politoloq bildirib. 
Politoloq bildirib ki, Ermənistanda hamı “tuşonkalarla, zkuşonkalarla” sevinir, küçə rəqslərini davam etdirir və Üçmədzini təhqir edir.  “Bütün problemlər həll edilib ki, siz belə bir axmaqlığa əl atmısız? Bu gün bizim ölkəmizdə nə baş verdiyini xarakterizə etmək çətindir. Dünyadan ayrı düşən İrəvan asfaltı ilə sevinmək təhlükəli xarici siyasətdir”, - deyə erməni politoloq şikayətlənib. 
Şakaryants onu da vurğulayıb ki, o Ermənistanın sülhə hazırlaşdığını təsəvvür edə bilmir və daha bir 4 günlük əməliyyatlar istisnalıq təşkil etmir. 


Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir