Emin Millinin növbəti rəzilliyi: O indi də iş adamlarına yalvarır
Avropada
məskunlaşan, konkret antiazərbaycançı şəbəkədən qrant alaraq “Meydan” sulayan
Emin Milli bu dəfə də eynu ampulada görünüb. Buna olünün xortlaması kimi də
qələmə vermək olar. Əgər belə olmasaydı marionetliyini dəfələrlə sübuta
yetirmiş bu siyasi alət ölkədə vətəndaş itaətsizliyinə çagırış etməzdi. Emin
Milli - milli heysiyyat hissini itirmiş, kosmopolit düşüncə tərzinin daşıyıcısı
oldugunu dəfələlə sübuta yetirib. Bu dəfəki çagırışı isə daha ikrahdogucudur.
Emin Milli iş
adamlarına 26 yanvarda keçirilməsi nəzərdə tutulan mitinqlə baglı sponsor dəstəkli
video mürciət ünvanlayıb. Bu adam açıq aşkar iş adamlarına deyir ki, növbəti
mitinqin keçirilməsi üçün pul buraxın.. Mübariz Məsimov və digər iş adamlarına
çagırışlar edərək “tapşırıqlar” verir ki, mərkəzdən və bölgələrdən mitinqə gəlmək üçün
pul göndərilsin və özü də bir gün qabaqcadan. Ən maraqlısı da odur ki, ötən
mitinqdə təşkilatçılıq məsələ üstündə Əli Kərimli ilə Arif Hacılı
qarşıdurmasından sonra bu dəfə təşkilatı rolda iş adamlarını görüb. Emin Milli
iş adamlarına akkaunt açmagı və videoları yaymaq üçüm 100-1000 avro məbləgində
reklama pul yatırmagı məsləhət görüb. “Əgər bunu etmirsinizsə bu işlə məşgul
olan adamlara 1000 və 10 min avro pul göndərin ki, bizim çıxışları paylasınlar”-
deyə yalvarıb.
Emin Milli vaxtilə Əli Kərimliyə
qarşı düşmənə çevriləndə bildirmişdi:“İcazəsiz
aksiyalara Əli Kərimli çağırış edir, amma özü gəlmir. Çünki orada
insanlar həbs oluna bilər. Necə ola bilər ki, partiyanın lideri olasan,
insanlara çağırış edəsən, amma özün meydanlara gəlməyəsən? Bu necə ola bilər
axı? Özü gəlməlidir. Əli Kərimli icazəsiz aksiya keçirməyə qorxur ki, birdən
şalvarını əynindən çıxararlar, şapalaq vurarlar, başına iş gətirə bilərlər.
Qorxmaq lazım deyil. Lazım olanda Əli Kərimli döyülməlidir də,
ölməlidir də...”. İndi isə pullu videomüraciətlərin yayılmasında
Əlinin də nəzərə alınmasınıı vacib
sayıb...
Fikir verin, Mehman Hüseynovun məsələsi artıq
bu adamlar üçün gündəmdən çıxıb. Məlum
oldugu kimi, cənab Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza
çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman
Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv
və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin
görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib. Belə olan
halda, Mehman Hüseynov adından spekulyasiyanın qrant almaga yetərli olmadıgını
görən bu anti-milli Eminlər dərhal başqa variant üzərində manipulyasiya
edirlər. Bu dəfə isə sadəcə yalvarırlar.
İş adamlarını
mitinqlərə alət etmək, vətəndaş itaətsizliyinə çagırışlar bu adamların təfəkkür sarıdan problemlərinin
oldugunu göstərir. Emin
Milli video müraciətində agıldankəm Orduxan Teymurxan, Tural Sadıqlı kimlərinin
də onun mövqeyini dəstəklədiyini və dolayısı ilə iş adamlarının onlara maliyyə yardımı
ayırmasını xahiş edir və sonrada deyir ki yalvarıram. Bəs antimilli şəbəkə hara
yoxa çıxdı? Görünür onların antimilli fəaliyyətləri həmin ermənipərəst
dairələrdə qəbul olunmayıb və tula payını kəsiblər. Belə olmasaydı Emin “bütün ölkələrin
iş adamları bizə dəstək” kampaniyasına başlamazdı. Bəli, quyruqları yenə də
qapı arasında qalıb. Başlarının isə harada olması yaxın vaxtlarda bəlli olcaq.
O ki qaldı iş adamlarına bu videomüraciətə hansısa
reaksiya göstərəcəkləri aglabatan deyil. Prezident İlham Əliyev ötən illərdə ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm
də demokratikləşmə prosesinin
ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən
başlıca vasitələrdən biri kimi yanaşmışdır. Çünki özəl sektorun inkişafı, halalyolla maddi imkanlarını artıran
vətəndaşların sayının artması dünyanın butun demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici hissəsi
olan milli burjaziyanın, orta təbəqənin əhatəsini genişləndirir.
Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılan vəsaitlərin
həcminin ildən-ilə daha böyük rəqəmlərlə
ifadə olunması sahibkarlara münasibətin
əsas göstəricilərindən sayıla bilər. Antimilli qüvvələrin iş adamlarına yalvarışları
onların düşdükləri rəzilliyi bir daha göstərir.
Комментарии
Отправить комментарий