Bir medalın iki üzü: Smit və Kərimli
Bu görüş elə bir vaxtda
keçirildi ki, Əli Kərimli öz facebook səhifəsində Avropa parlamentinin bloger
Mehman Hüseynovla baglı yaxın vaxtlarda müzakirə keçirəcəyi və Azərbaycana
qarşı sərt qərarlar qəbul edəcəyi ilə baglı anonsu yenicə yerləşdirmişdi. Ancaq diplomatların blogerlə baglı reallıgı əks
etdirən bəyanatlarından sonra o pərişanlıq keçirib, halı da bir az təlx olub. Çünki
Əli Kərimli gözləyirdi ki, diplomatlar kəskin bəyanat verəcəklər, məsələni
siyasiləşdirib onun və arxasında dayanan anti-milli dairələrin maraqlarına
uygun fikirlər səsləndirəcəklər. Belə olmadı. Kərimlinin oyunbazlıgı bu dəfə də
alınmadı. Ammo o başqa bir variantı işə salıb. Söhbət ABŞ konqresmeni Kris
Smitdən gedir.
Əli Kərimli bu
gün öz facebook səhifəsində antiazərbaycançı şəbəkənin növbəti sifarişinin
tərkib hissəsi olaraq bir mesaj ünvanlayıb. Yazıb ki, ABŞ konqresmeni K.Smit Azərbaycan
hökumətindən “Mehman Hüseynovu dərhal və
qeyd-şərtsiz azad etməyə” cagırış edib. Kimdir bu Smit. Azərbaycan
ictimaiyyətinə tanış olan və Əli Kərimlinin qucaq açdıgı bu simasızı bir daha
tanıyaq.
K.Smit İrəvanda qondarma “erməni soyqırımı”
abidəsinin qarşısında diz çökən insandır və bu şəxsin Ermənistan qarşısında
böyük öhdəlikləri var. K.Smitin ABŞ-dakı ermənipərəst təşəbbüsləri
cidd-cəhdlə dəstəkləyən şəxs kimi tanındığını nəzərə alsaq, onun son sayıqlaması
da təəccüblü görünməməlidir. Ermənipərəst konqresmen kimi tanınan K. Smit
Azərbaycana qarşı “907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin
işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi
ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir. Son
illərdəki fəaliyyətinə baxdıqda ancaq onu Azərbaycan əleyhinə tədbirlər təşkil
etməsi və lazım gələndə də Əli Kərimli kimilərdən siyasi alət kimi istifadə
etməsinin şahidi oluruq.
Ə.Kərimlinin
Smit adından bu dəfəki bəyanatı da onun konkret ermənipərəst dairələrlə iş
birliyinin olmasına heç bir şübhə yeri qoymur. Bu şəxslər ermənilərin eskizini
cızdıqları bir medalın iki üzüdürlər. Onlar
bir məsələni unutmamalıdırlar ki, ultimatumlarla, bəyanatlarla Azərbaycana
təzyiq göstərmək mümkün deyi. Yaxşı olar ki, böyük maliyyə vəsaitlərini havaya
sovurmasınlar. İstifadə müddəti bitmiş Əli Kərimli vastəsilə siyasi
oyunbazlıgın da artıq vaxtı çatıb.
Комментарии
Отправить комментарий