Baş qərargah rəisindən Ermənistana sərt ismarıc
Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah
rəisi, general-polkovnik Nəcməddin Sadıqov: “Bu gün Ermənistanın daxilində yaranmış
çətin siyasi vəziyyəti nəzərə alaraq, Prezidentimiz Ermənistan Respublikası
hökumətinin yeni başçısına fürsət verir ki, düşünsün və Azərbaycanın zəbt
edilmiş torpaqlarını sülh yolu ilə azad etsin. Ermənistanda hər kəs anlamalıdır
ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın istənilən əmrini yüksək
peşəkarlıq səviyyəsində yerinə yetirməyə hazırdır və işğal edilmiş əraziləri
azad etməyə qadirdir. Ermənistanda elə zənn etməsinlər ki, vaxtı uzatmaqla
danışıqlardakı status-kvonu qoruyub saxlaya biləcəklər”.
Комментарии
Отправить комментарий