Baş nazirin müavini: “Azərbaycan cəmiyyəti mənəvi dəyərlərini itirmiş insanların arxasınca getməyəcək”
Özünü "Demokratik Qüvvələrin Milli Şurası"
adlandıran quruma daxil olan bir sıra radikal müxalifət partiya və
birliklərinin yanvarın 19-da keçirdiyi mitinq göstərdi ki, Azərbaycan cəmiyyəti
mənəvi dəyərlərini itirmiş insanların arxasınca getməyəcək.
Ə.Əhmədov bildirib ki, yanvarın 19-da keçirilən mitinq
insanların müxalifətin ideyalarını dəstəkləmədiyini göstərdi: "Sayca keçən
dəfəki mitinqdən bir qədər çox insanın iştirak etməsini əldə rəhbər tutaraq,
bundan bir silah kimi istifadə edərək özlərini qəhrəman kimi təqdim etmələrinə
baxmayaraq, əslində 10 milyonluq Azərbaycan cəmiyyətinin çox kiçik bir
hissəsinin təşkilatçıların çağırışlarına cavab verərək mitinqə gəlməsi ondan
xəbər verir ki, onlar sosial dayaqlarını tamamilə itiriblər. Bu da təbiidir, çünki yüksək
mənəvi dəyərlərə malik Azərbaycan cəmiyyəti mənəvi dəyərlərini itirmiş
insanların arxasınca gedə bilməz, getmir və getməyəcək”.
Комментарии
Отправить комментарий