Azərbaycanın geopolitik gücü və yeni reallıqlar




Azərbaycan yerləşdiyi geosiyasi arealda etibarlı tərəfdaşı olaraq qəbul edilir. Prezident İlham Əliyevin müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı, respublikanı qısa zamanda güclü dövlətə çevirməsi onun həm daxildə, həm də ölkə hüdudlarından kənarda ciddi siyasi dəstək almasına zəmin yaradıb. Son 15 ildə dövlət başçısı respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib. Beləliklə, hücum xətti üzərində qurulan çevik və səmərəli xarici siyasət yürütmək imkanı qazanan cənab İlham Əliyev “qüdrətli dövlət - müstəqil siyasət” devizini praktik olaraq gerçəkləşdirib. Başqa sözlə, iqtisadi, siyasi və hüquqi islahatların uğurlu nəticələri ümumən səmərəli xarici siyasət üçün də etibarlı zəminə çevrilir.
Ötən müddətdə xarici siyasətdə öhdəliklərə sadiqlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilib. Dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarının optimal şəkildə uzlaşdırılması, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması müsbət nəticələrin əldə olunmasını şərtləndirib. Son illər mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi, eyni zamanda qlobal əhəmiyyətli tədbirlərə ölkəmizin dəvət olunması Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir.
2018-ci il ərzində Azərbaycan rəhbərliyinin beynəlxalq tədbirlərdə iştirakı və xarici dövlətlərə səfərləri ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini bir daha sübuta yetirdi.
Prezident İlham Əliyev ötən ilin yekunlarına həsr edilmiş iclasda bu barədə bildirib: “Keçən il xarici siyasət sahəsində də uğurlu olubdur. Mən keçən il xarici ölkələrə 16 səfər etmişəm və Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim çoxsaylı görüşlərim olub və bu görüşlərdə praktiki məsələlər həll edilib. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, Ermənistandan başqa bütün qonşularımızla çox düşünülmüş siyasət apararaq gözəl münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır. Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır. Bir sözlə, qonşu ölkələrlə əlaqələrimiz çox müsbətdir və əminəm ki, bu il də bu istiqamətdə yeni müsbət addımlar atılacaqdır”.
Prezident İlham Əliyevin xaricə səfərləri çərçivəsində dövlət və hökumət başçıları ilə keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və ölkəmizin ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar. Ötən müddət ərzində Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdirib, bu ölkənin siyasi və iqtisadi sisteminin, 20 ildən artıqdır ki hakimiyyəti zəbt etmiş xunta rejiminin çökməsində mühüm rol oynayıb. 
Prezident İlham Əliyev Azərbaycannın region ölkələri ilə əlaqələrini inkişaf etdirməklə, onları strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə bölgədə təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə vermiş və bu zəmində formalaşan yeni reallığın müəllifinə çevrilib. Ölkə başçısının  həyata keçirdiyi ugurlu siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub.  Azərbaycan danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirir. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici səfərlərində, eləcə də ölkəmizə gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə çatdırır.  Bütün qlobal və regional layihələrdən təcrid olunan Ermənistandan fərqli olaraq Azərbaycan dövləti uzaq və yaxın ölkələrlə bərabərhüquqlu əməkdaşlıq edir.

Azərbaycan qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmayaraq qonşu dövlətlər - Türkiyə, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirir. Bu əlaqələr artıq birgə formatların yaranmasına gətirib çıxarıb. İşgalçı Ermənistan isə indiyə qədər iki dövlətlə birgə əməkdaşlıq sazişi belə yoxdur. Azərbaycanın yaxın qonşu ölkələrlə əməkdaşlıgına bir nəzər yetirək.
Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişafı üçün geniş siyasi və hüquqi imkanlar yarandı. Türkiyə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlət olmuş, bu qətiyyətli addım ikitərəfli münasibətlərin inkişafında mühüm psixoloji-siyasi amilə çevrilmişdir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərib. Ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır.
Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda təhlükəsizlik problemlərinin birgə həlli, sülh, sabitlik və iqtisadi inkişafın təmin olunması zərurəti iki türkdilli dövləti daha sıx birləşməyə sövq edir. Türkiyənin iqtisadi, siyasi, sənaye potensialı böyük dərəcədə artmışdır. Türkiyə bu gün böyük 20-lərin sırasındadır. Azərbaycanın regiondakı rolunun artması, eyni zamanda Türkiyənin dünya iqtisadiyyatında mühüm mövqelərə çıxması iki dövlət arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsini zəruri edir.
Azərbaycan Prezidenti İlham Əliyev son 15 illik fəaliyyəti ilə ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin möhkəmlənməsini təmin etmişdir. Ölkələrimiz arasında əlaqələr sadəcə enerji sahəsində əməkdaşlıqla məhdudlaşmayıb, digər sahələri də əhatə edir. Türk iş adamlarının Azərbaycanda bizneslə məşğul olmasına, qeyri-neft sektorunda mühüm layihələr həyata keçirməsinə bütün zəruri imkanlar yaradılmışdır. Hazırda respublikamızda 230-dan artıq türk şirkəti fəaliyyət göstərir, həmin şirkətlərdə 30 mindən çox Azərbaycan vətəndaşı çalışır.
Strateji müttəfiq olan Türkiyə və Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında ölkələrimiz vahid mövqedən çıxış edirlər. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür. Rəsmi Bakı qondarma "erməni soyqırımı" məsələsində Türkiyənin haqlı mövqeyini daim müdafiə edir. Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Türkiyə və Azərbaycanın birgə fəaliyyəti, müdafiədən fəal hücum mövqeyinə keçməsi ermənilərin saxta iddialarla dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin qarşısını alır. Türkiyə bu gün Ermənistanla heç bir diplomatik münasibət qurmayıb və işgalçı ölkənin təcrid siyasətində də öz mövqeyini sərgiləyir.
Azərbaycanın xarici siyasət kursunda yaxın qonşumuz, ölkəmizin bir neçə əsrlik tarixlə bağlı olduğu Rusiya Federasiyası ilə münasibətlər xüsusi yer tutur. Təkcə Azərbaycan və Rusiya Prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir. Rusiya həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə tənzimlənməsi prosesində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir. Azərbaycan cəmiyyətində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində gözləntilər digər həmsədr dövlətlərdən daha çox uzun tarixi əlaqələrə malik oldugumuz Rusiyadandır. Bu baxımdan münaqişənin sülh yolu ilə ədalətli həllinə Rusiyanın töhfələr verəcəyinə daha çox ümid bəslənilir.
 Son illərin təcrübəsi təsdiq edir ki, qonşu dövlətlərin regionları arasında əlverişli ticarət-iqtisadi və investisiya mühitinin formalaşdırılması bir çox dünya ölkələrinin rastlaşdığı qlobal maliyyə böhranının mənfi nəticələrinin qarşısını almağa imkan yaradır. Bu baxımdan Rusiya və Azərbaycanın regionlararası əməkdaşlıq təcrübəsi yaxşı nümunə ola bilər. Məmnunluqla qeyd etmək istərdim ki, hazırda respublikamız Rusiya Federasiyasının əksər subyektləri ilə birbaşa əlaqələr qurmuş, onların bəziləri ilə hökumətlərarası sazişlər imzalamışdır".
Rusiya Federasiyasının 83 subyektindən 70-i Azərbaycan ilə əməkdaşlıq edir. 1994-2017-ci illərdə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyasının subyektləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair 30-dan çox saziş imzalanmışdır. 
    Siyasi əlaqələrimizə gəlincə artıq ikitərəfli əməkdaşlıgımıza digər dövlətlər də qoşulub. 2016-cı ilin avqustunda Bakı şəhərində Azərbaycan, Rusiya və İran prezidentlərinin – “Üçlər” formatının Zirvə toplantısına evsahibliyi etdi və bunun davamı olaraq, növbəti görüş 2017-ci ilin noyabr ayında İranda, Tehran şəhərində gerçəkləşdi. Bunlarda da hər iki dövlətin rəhbərlərinin xidmətləri və fəaliyyətləri müstəsnadır. Azərbaycan və Rusiya prezidentlər İlham Əliyev və Vladimir Putin arasında münasibətlər elə bir inkişaf səviyyəsində, mərhələsindədir ki, bunları dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlərini misal göstərmək olar.
    Azərbaycan ilə İran xalqları arasında din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlıq iki ölkənin əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir. İranla qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi Azərbaycanın xarici siyasət xəttində prioritet istiqamətlərdən birini təşkil edir. Rəsmi Tehranın Azərbaycanla əməkdaşlığa olan marağı ölkəmizin malik olduğu strateji-coğrafi mövqe, həm də möhkəm siy asi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir.
     Azərbaycan İranla əlaqələrini daha da genişləndirir, iki ölkənin rəhbərləri arasında isti münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir. Azərbaycan İrana qarşı təcrid siyasətinə qoşulmadı, qonşu ölkə ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirdi, ən çətin dövrlərdə Tehrana dəstəyini əsirgəmədi. Azərbaycan və İran Prezidentlərinin qarşılıqlı səfərləri qarşılıqlı əlaqələri daha da gücləndirdi.
Rəsmi Tehran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsinə və bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Həmçinin İran münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT çərçivəsində fəaliyyət göstərən Minsk qrupunun təsirli və qətiyyətli addımlar atmasının vacibliyini də önə çəkir. Təsadüfi deyil ki, yanvarın 16-da İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri bildirib: "İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.  Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”. Bu, İranın yüksək vəzifəli nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə kimi verdiyi ən mühüm bəyanat hesab oluna bilər.
İran dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Rəsmi Bakının İranla mehriban qonşuluq münasibətlərinin tərəfdarı kimi çıxış etməsi son illər ölkələrimiz arasında əlaqələrin ən müxtəlif səviyyələrdə inkişafına ciddi təkan vermişdir. Həm İranın, həm də Azərbaycanın zəngin iqtisadi potensiala malik olması mövcud əməkdaşlığın daha da dərinləşdirilməsini zəruri edir. İran bu gün Azərbaycanın ixrac-idxal əməliyyatları apardığı əsas dövlətlərdən biridir - iki dövlət arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə yüksəlir. İranlı iş adamları respublika iqtisadiyyatına investisiya qoyuluşunda mühüm paya malikdirlər. Mövcud əlaqələr çoxşaxəli olub iqtisadiyyatın ən müxtəlif sahələrini əhatə edir. 
Azərbaycanın əməkdaşlıq etdiyi yaxın qonşu ölkələr -Türkiyə, Rusiya və İranın Ermənistana yönəlik siyasətində isə fərqli nüanslar diqqəti cəlb edir. Türkiyənin bu işgalçı dövlətə münasibəti birmənalıdır və yeni siyasi reallıga uygun olaraq təcrid siyasətini davam etdirir. Rusyanın for-post saydıgı hazırda isə istənilən sferada bu ölkə ilə əməkdaşlıgın yalnız ziyan gətirəcəyi rəsmilər və siyasi ekspertlər tərəfindən açıq etiraf olunur. Rusiyanın siyasi dairələrində Ermənistana qarşı formalaşan antipatiya, Rusiyanın Ermənistana verilən təbii qazın qiymətini yüksəltməsi fonunda bunları açıq görmək mümkündür.Ermənistan faktiki olaraq  Rusiya üçün istifadəsi bitmiş bir siyasi alətə çevrilib. İrana gəlincə bu ölkə də Ermənistanla bəzi iqtisadi layihələrdən faktiki olaraq imtina edib. Xüsusilə Ermənistan rəhbərliyinin böyük iqtisadi layihə saydıgı birgə elektrik stansiyanın tikintisindən İranın imtinası bu ölkədə şok yaratdı. İran tərəfi Ermənistanın bu layihəni həyata keçirmək üçün maliyyə imkanlarının olmadıgını əsas gətirərək layihədən vaz keçdi.
Ermənistanda son hakimiyyət dəyişikliyi şübhəsiz ki, bu ölkənin xarici siyasətində müşahidə olunan ciddi fəsadlar, o cümlədən də onun Qərb üçün İran və Rusiyaya qarşı platformaya çevrilməsi təhlükəsi rəsmi Moskva və Tehranı öz ənənəvi siyasətini bir daha nəzərdən keçirməyə məcbur edir. Qeyd edək ki, Nikol Paşinyan ölkə daxilində oldugu kimi xaricdə də ciddi siyasi fiqur kimi qəbul olunmur. Onun Rusiya səfəri zamanı Prezident adminstrasiyasında kəndarında təhqiredici formada saxlanması, eləcə də beynəlxalq tədbirlərdə son sıralara atılması, dövlət rəhbərləri tərəfindən isteza ilə qarşılanması deyilənləri bir daha təsdiqləyir.
    Ermənistan faktiki olaraq dünya üçün də başlıca problemə çevrilib. Regionun yeni reallığı -  güclü, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuş və bu əlaqələri strateji tərəfdaşlıq səvyyəsinə yüksəltmiş Azərbaycan və öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistan. Azərbaycanın Ermənistan üzərində hərbi və diplomatik üstünlüyü tam ələ alması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır.

Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir