Rusiyanın etimad göstərmədiyi fiqur: yaxud başsız nazirin Moskva ugursuzlugu
Ermənistanın
baş naziri Nikol Paşinyanın Rusiyaya budəfki səfəri də bir sıra maraqlı
nüansları ilə diqqəti cəlb etdi. Həm yerli, eləcə də xarici siyasi
analitiklərin qənaətlərindən bəlli oldu ki, Paşinyan Rusiya siyasi hakimiyyəti tərəfindən
ciddi fiqur kimi qəbul olunmur və etimad göstərilmir. Prezident Vladimir Putin
iş qrafikinin zəngin oldugunu bəhanə gətirərək mədəni sutətdə görüşdən imtina
etdi. Rusiyanın baş naziri Dmitri Medvedev isə yalnız Nikolun israrlı xahişdən
sonra protokol qaydasında onunla “işçi” görüş keçirdi. Bu incə məqamlar rəsmi
Moskvanın Ermənistana yönəlik taktiki gedişlərini müəyyənləşdirməyə imkan
verdi.
Xatırladım ki, ötən ilin
sentyabrında Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan
arasında keçirilən görüşdə Rusiyanın Ermənistanla baglı siyasətində
korrektələrin ediləcəyi anonsu verilmişdi. Putin bu ölkə ilə siyasi və iqtisadi
əlaqələrin dinamikasının Paşinyanın atdıgı addımlara adekvat olacagını açıq
aşkar bəyan etmişdi. Rusiyanın Ermənistanda əsas investor olduğu, bu ölkəyə
kubu cəmi 150 dollara ucuz qaz verildyi, habelə atom və istilik enerjisi
sahəsində dəstək göstərildiyi xatırladılmışdı. Putin bu açıqlamasıyla
Ermənistan iqtisadiyyatının 75%-ni Rusiya kapitalının təşkil etdiyinə işarə
etməklə bu ölkənin iqtisadi asılılıgına eyham vurmuşdu. Cari ilin yanvarında qazın
kubunun 200 dollara qaldırılması ilə baglı Rusiya tərəfindən açıqlama veilməsi
və Ermənistanda buna adekvat etirazların başlaması təsdiq etdi ki, Paşinyan
hökumətinə təzyiqlər başlanıb. Ermənistan rəhbərliyinin sözdə strateji dost
saydıgı əməldə isə antirus siyasət yürütməsi sonda erməniləri iqtisadi
məngənəyə salır. Nikolun Rusiyaya iqtisadi münasibətləri qaydaya salmaq məqsədi
güdən son səfərinin ugursuz alınması da ötən ilin sentyabrında üzərinə götürdüyü
öhdəlikləri yerinə yetirməməsinə cavabı kimi də dəyərləndirilə bilər.
Nikol
Paşinyanın 2018-ci il mayında çevriliş yolu ilə hakimiyyətə gəlməsindən sonra
ölkədə rusofob meyillərin güclənməsi və hakimiyyət postlarına da antirus mövqeli
insanların gətirilməsi də məslədə az rol oynamayıb.
Məsələn, Ermənistanın müdafiə naziri vəzifəsinə NATO və
ABŞ kəşfiyyatına işləmiş David Tonoyan təyin edilib. Bu şəxs 1998-ci
ildən NATO əməliyyatlarının birgə komandanlığında müxtəlif vəzifələrdə
çalışıb. 2004-dən 2007-ci ilədək Ermənistan silahlı qüvvələrinin qurumdakı
nümayəndəsi olub. Xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən rus
saytlarında qeyd olunub ki, NATO-da işlədiyi vaxt David Tonoyan 2005-ci ildə
ABŞ xüsusi xidmət orqanlarına işləməyə
başlayır və məhz bundan sonra onun karyerasında yüksək sıçrayış baş
verir.
Ermənistanın diaspor nazirinin
müavini Babken Ter-Qriqoryan Parisdə böyüyüb, gəncliyi ABŞ-da keçib və orada da
təhsil alıb. Ermənistanda Ter-Qriqoryan Soros fondunun həyata keçirdiyi
proqramların koordinatoru olub, “Transparency International”da və planetin
müxtəlif “qaynar nöqtələrində” ərazilərin minadan təmizlənməsi ilə məşğul olan
“HALO Trust” təşkilatında işləyib. Rusiya xüsusi xidmət orqanları “HALO Trust”
təşkilatını casusluqda ittiham edib. Ter-Qriqoryan Paşinyanla birgə keçirilən
aksiyalarda Putinin ünvanına çox
təhqiramiz söyüş yazılan plakatı tutduğu şəkli ilə də çox məşhurdur.
Ermənistan Təhlükəsizlik Şurasının
sədri Armen Qriqoryan da “Transparency International”da seçki proqramlarının
koordinatoru vəzifəsində çalışıb. Məlumat üçün deyək ki, “Transparency
International” Ermənistan və digər ölkələrdə Rusiya əleyhinə işləyən Soros
fondu tərəfindən maliyyələşdirilir.
Dövlət nəzarət xidmətinin rəisi
David Sanasaryan erməni əsilli amerikalı Raffi Ovannisyanın rəhbərlik etdiyi
qərbyönümlü “İrs” partiyasının üzvü olub. Ermənistanda Sanasaryan qatı rusofob
reputasiyaya malikdir. Rusiyanın İrəvandakı səfirliyi önündə keçirilən anti-rus
aksiyalarında mütəmadi iştirak edib, rus hərbi bazasının Ermənistandan
çıxarılmasını tələb edir. Sanasaryan Rusiyaya nifrət etdiyini heç də gizlətmir.
Əmək və sosial məsələlər naziri,
“Yelk” blokunun üzvü Mane Tandilyan Ermənistanın Amerika universitetində
menecment ixtisası üzrə təhsil alıb. 2009-cu ildən ABŞ şirkəti “Sinopsis
Ermənistan”ın maliyyə direktorudur. Elm və təhsil naziri Araik Arutyunyan
qrant təşkilatı olan “Helsinki assossiasiyası”nda çalışıb. 2014-cü ildən isə “Transparency International”da işləyib. Rusiyada bu
təşkilat “xarici agent” kimi tanınır. Onlar da Ermənistanın Rusiya ilə
münasibətlərinin yaxşı heç nə vəd etmədiyini qurtuluş yolu kimi Qərblə əməkdaşlıgın
qurulmasında maraqlıdırlar.
Ermənistan baş nazirinin də ABŞ və Qərbi Avropa
ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinə tərəfdar olması Rusiya
dairələrində Ermənistana qarşı inamsızlığı daha da artırır. Xarici siyasət
kursunda qeyri-müəyyənlik, məsələlərə qeyri-adekvat münasibəti ilə seşilən Paşinyan
xaricdə də ciddi siyasi fiqur kimi qəbul olunmur. Misal olaraq,
BMT-nin 73-cü sessiyasında iştirak üçün dəvət edilən Nikol həmin dəvətdən
imtina etdi. Səbəb kimi isə İrəvanda keçirilən mer seçkilərini göstərmişdi.
Halbuki Paşinyanın Nyu-Yorka səfərdəm imtina etməsinin başlıca səbəbi onun
Donald Trampla görüş istəyinə razılığın verilməməsi idi.
Onun ölkə daxilində bir cür xaricdə isə fərqli
siyasi mövqe sərgiləməsi bu insanın təfəkkür probleminin oldugunu göstərir.
Nikol Paşinyanın hədəfləri qeyri-müəyyən olan gedişləri ilə baglı siyasi
ekspertlərin yanaşmaları da maraqlıdır. Rusiya analitiki,
Avrasiya hərəkatının rəhbəri Aleksandr Duqin virtualaz.org-a
açıqlamasında deyib ki, Rusiya prezidenti Vladimir Putin aydın və əvvəlcədən proqnozlaşdırıla
bilən hərəkət edir. Tərəddüd edən Nikol Paşinyan onun çox xoşuna gəlmir,
amma hələ ki bu, necə deyərlər, işçi məsələdir", -
deyə Aleksandr Duqin vurğulayıb.
Ermənistanın sabiq prezidenti Robert
Koçaryan həbsxanadan tərəfdarlarına məktubda Nikol Paşinyan hökumətini siyasi
savadsızlıqda və kobud səhvlər buraxmaqda itiham edib: “Yaxın vaxtlarda biz
məyusluq dalğasının şahidi olacağıq. Daxili və xarici siyasətdə, iqtisadiyyatda
fiksə olunacaq səhvlərin bədəli çox ağır olacaq. Təəssüf ki, hər birimiz bu
səhvlərə görə cavab verəcəyik. Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən
səhv ağır nəticələrə səbəb ola bilər. Mən iki aydır azadlığımdan qanunsuz məhrum olsam
da, Ermənistan, Qarabağ və regiondakı hadisələri yaxından izləyirəm. Aydındır
ki, təəssüf ki, Baş nazir Paşinyanın rəhbərlik etdiyi hakimiyyət orqanları
siyasi və dövlət rəhbərliyi baxımından çox zəifdirlər”
Ermənistanın keçmiş hakim Respublika partiyasının
sədr müavini Armen Aşotyan özünün facebook səhifəsində yazıb ki, Nikol Paşinyan ölkəni
təmsil etməyi öyrənməmiş daxili istehlak üçün baş nazirdir. Onun baş
nazirliyi dönəmində erməni-Rusiya münasibətlərində "qırışlar" əmələ
gəlib. Ermənistanda Rusiya biznesinə
təzyiq davam edir və buna görə də Rusiya Federasiyasının böyük biznesini
Ermənistanda investisiyalar qoymağa inandırmaq çətin olacaq.
Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan
bildirib ki, indi yeni erməni hakimiyyəti ilə qarşılıqlı fəaliyyətin qurulması
prosesi gedir. Amma bu qurulma uğurlu alınmır, hər şeydən görünür ki, Moskvada
indiyə qədər İrəvanın xarici siyasətinə kifayət qədər ehtiyatla yanaşırlar.
Nikol Paşinyan hazırda Rusiyanın qəbul etmədiyi, qeyri-müəyyən addımları
ilə Ermənistan cəmiyyətində başsız baş nazir kimi tanınır. (Ermənilər Nikol Paşinyanın Vanadzor-Gümrü yolunun üstündə qoyulan heykəlinin başını qoparıblar).
Özlüyündə Qərbyönümlü siyasət
kursu yürüdən reallıgda isə Ermənistanın təcridinə yönələn bu siyasi kurs
Ermənistanın siyasi və iqtisadi çöküşünü sürətləndirir. Rusiyanın Ermənistandan
fərqli olaraq Azərbaycana həqiqi strateji müttəfiq kimi yanaşması və bunun
yüksək səviyyələrdə etirafı diplomatik ugurlarımızın daha bir göstəricisidir.
Комментарии
Отправить комментарий